vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
17:27 | 4 dekabr 2022 | Bazar Məqaləyə 530 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bütün gözlər Bethlehem çevrilib

Dünya xristianlarının həcc ziyarəti başlayır

XALİDƏ

Dünyanın hər yerindən xristianlar Milad bayramını qeyd etmək üçün dekabrın sonlarında İordan çayının qərb sahilinin cənubundakı tarixi Bethlehem şəhərinə həcc ziyarəti edirlər.

Şəhər müqəddəsliyini İsa Məsihin doğulduğuna inanılan bir mağaranın üzərində qurulan Doğum Kilsəsində götürür. Minlərlə turist xristianların ən müqəddəs dini məkanlarından biri sayılan Nativity kilsəsinin qarşısına toplaşır.

Şəhər meri Hanna Hananiya sözlərinə görə, Bethlehem bu il Milad bayramını qeyd etmək üçün hazırlıqlarını tamamlayıb. Hananiya bütün köhnə küçələri bəzədiklərini və bu il şəhərin fərqli gözəllik qazandığını bildirib.

***

Miladdan əvvəl Beytlehem xristian turistlər və zəvvarlarla dolub-daşır, mer Hananiya deyib.

COVİD-19 və Omicron ştammı epidemiyası səbəbindən 2021-ci ilin dekabrında otel rezervasiyaları ləğv edildikdən sonra Bethlehemdəki turizm sənayesi məyus olmuşdu. Bu il şəhərə çoxlu turist gəlsə, canlanması gözlənilən turizm sektoru iqtisadiyyata töhfə verəcək.

Rum Ortodoks keşişi İsa Selciyye Milad şənliklərinə hazırlaşarkən Beytlehem və Doğuş kilsəsinin yeni bəzəklərlə parıldadığını söylədi. Selciyye, “Bu il fərqli olacaq və hamı üçün sülh hökm sürəcək” deyib. O, sülhə ümid etdiyini bildirib.

İsa Məsihin Beytlehemdə doğulmasının şəhərə xüsusi bir səciyyə verdiyini bildirən Selciyya, “Xristian dünyasında Milad diyarı olduğu üçün hər il bütün gözlər Beytlehemə çevrilir” dedi.