
Parisdə kritik görüş
Suriya və İsrail masaya oturdu
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Bu gün Suriyanın cənubundakı Süveyda şəhərində Bəşər Əsəd qüvvələri ilə yerli əhali arasında toqquşma olub. İqtisadi böhrana cavab olaraq onlarla nümayişçi qubernatorluğun ofisinə basqın edib.
Hadisələr səhər saatlarında 200-dən çox nümayişçinin qubernatorluq binası qarşısına toplaşdığı zaman başlayıb. Əsəd administrasiyası əleyhinə şüarlar səsləndirən kütlə daha sonra binaya basqın edib. İçəridə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma baş verərkən, etirazçılar binanın bəzi hissələrini yandırıblar.
Etirazçıların Əsədin şəkillərini binadan endirdiyi və qubernatorluğa aid bir çox rəsmi sənədləri yandırdığı deyilir. “Reuters”ə danışan şahidlər binanın daxili hissələrinin böyük ölçüdə yandığını, qubernatorun həmin vaxt binada olmadığını və binanın boşaldıldığını bildiriblər.
Qarşıdurma zamanı xəsarət alanların olduğu deyilir. Xəstəxanadakı mənbə də ən azı bir nəfərin öldüyünü açıqlayıb.
2011-ci ildə Suriyada başlayan müharibədə münaqişələrdən xeyli xilas olan və Əsəd hökumətinin hərbi əməliyyatlarında iştirak etməyən dürzilərin sıx yaşadığı Süveydada son vaxtlar gərginlik artıb. İyul ayında Əsəd hökumətinin təhlükəsizlik qüvvələri ilə yerli əhali arasında baş verən qarşıdurmada ən azı 17 nəfər həyatını itirmişdi.