Bakı səfəri gündəmi çalxalayır
Türkiyə vətəndaşları Ərdoğanın Bakıya «nurçu dosyeləri» ilə gəlişinə «Azərbaycan ilhaqmı edildi, Azərbaycan bağımsız dövlət deyilmi», təpkisini verib
Aygün MURADXANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Ərdoğanla Əsədi görüşdürən dərd
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri Türkiyə mediasında da geniş müzakirə olunur. Səfərlə bağlı yazılarda əsas diqqət çəkən səfərin siyasi yükünün deyil, AKP-»Camaat» mübarizəsi ilə bağlı hissəsinin qabardılmasıdır.
Hurriyet.com.tr yazır: «Türkiyədə «camaat»a qarşı genişmiqyaslı əməliyyat başlanacağı haqda xəbərdarlıq edən baş nazir Ərdoğanın Azərbaycana da «Camaat» dosyası ilə getdiyi iddia edilir. Baş nazir prezident Əliyevlə danışıqlarında «Camaat»ın Azərbaycandakı fəaliyyəti ilə bağlı qısa zamanda tədbir görməsinin gərək olduğunu vurğulayıb. Ərdoğan «Camaat» məktəbləri ilə bağlı hazırladıqları dosyeni də İlham Əliyevə verib. İlham Əliyevsə bu istəyin qarşılığında baş nazirə «bizim də bu məsələ ilə bağlı bəzi çalışmalarımız var», deyib».
Sonda Hürriyet.com.tr «Camaat»ın Azərbaycanda 20-dən artıq məktəb və tədris kursu olduğunu vurğulayır.
İctimai Televiziyanın xəbər xidmətinin redaktorunun Türkiyə və Azərbaycan rəhbərlərinin mətbuat konfransındakı sualı isə Türkiyənin yazılı mediası ilə yanaşı telekanallarında da layiqincə «öyülüb». Yada salaq ki, İTV əməkdaşı Rəcəb Tayyib Ərdoğana sualında «sizin rəhbərlik etdiyiniz AKP-nin nurçulara yaxın olduğu deyilir» cümləsini işlətmiş, səslənən sual baş nazirini çaşqınlığına səbəb olmuşdu.
Türkiyənin ATV, SHOW TV, FOX TV kanalları Azərbaycan jurnalistini belə bir sual səsləndirməsini ironik təqdimatla efirə verib.
Türkiyə baş nazirinin Azərbaycan səfəri haqqında xəbərlər sosial mediada da gün boyu qızğın müzakirə edilib. Hakim partiyanın siyasətini dəstəkləyənlər baş nazirin seçkilərdən sonra ilk dəfə Bakıya səfər etməsini iki ölkə arasında 20 ildən çoxdur davam edən siyasi gələnək nümunəsi kimi qəbul etdiklərini, bunu iki ölkə arasında münasibətlərin bundan sonra da qardaşlıq və qarşılıqlı anlaşma əsasında qurulacağını önə sürüblər. AKP iqtidarına müxalif olan düşərgəni təmsil edənlər isə Türkiyə baş nazirinin Azərbaycan qarşısında nurçularla bağlı tələb qoymasını xarici dövlətin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər. Bu fikrin müdafiəçiləri hesab edir ki, «Camaat» AKP-nin problemidir və bu məsələ heç bir halda Türkiyə dövlətinin problemi kimi qələmə verilərək tərəfdaş dövlətlər qarşısında xüsusi öhdəliklər qoyulmasına səbəb ola bilməz. Müzakirəyə qoşulanlardan bəziləri fikirlərini «Türkiyə Azərbaycanı ilhaqmı etdi, Azərbaycan bağımsız dövlət deyilmi», - ritorik sualı ilə ifadə edib.
Sosial şəbəkələrdə davam edən «Ərdoğanın son Bakı səfəri» müzakirələrinə Azərbaycandan qoşulanlardan bəziləri maraqlı fikirləri ilə yadda qalıb. Müzakirə iştirakçılarından bəziləri dövlət başçısı İlham Əliyevin baş nazirin nurçularla bağlı tələbə bənzər təklifinə «hə» cavabı versə də, əslində fərqli siyasət yürütdüyünü önə sürüb. Bəzi vətəndaşlar indiyə qədər İlham Əlliyevin Qərbin və Rusiyanın təkidli tələblərinə üzdə razılıq versə də, sonradan öz iqtidarının maraqlarına uyğun addımlar atdığını misal gətirib. Bu mənada onlar İTV müxbirinin « cənab baş nazir, sizin rəhbərlik etdiyiniz AKP-nin nurçulara yaxın olduğu deyilir» ifadəsini də təsadüfi saymırlar. Onların mülahizələrinə görə, bu sualla Ərdoğanı gözlənilməz duruma salan Əliyev iqtidarı baş nazirə «biz zamanlar AKP də nurçu idi» mesajını verməyi bacarıb.