vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
08:25 | 17 avqust 2024 | Şənbə Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siçovullar və ilanların hücumu

Roma gəmirici və həşəratların istilasına məruz qalıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın ən turistik şəhərlərindən biri olan İtaliyanın paytaxtı Roma qağayı, siçan və eşşəkarısı hücumu səbəbindən çətin günlər keçir. Tez-tez ilan görən insanlar panikaya düşüblər.

Yerli əhalinin dediyinə görə, şəhər siçan və ilanların sayının artması səbəbindən vəhşi meşəyə çevrilib.

“The Guardian” yazır ki, Romada yüksək temperatur və bitib-tükənməyən zibil problemi səbəbindən siçovul və ilanların sayında kütləviləşmə var.

Ölkədə təhlükəli vəhşi heyvanları tutmaqla məşhur olan zooloq Andrea Lunerti bu yay ilanlarla bağlı çağırışlara cavab verə bilmədiyini açıqlayıb. Xüsusilə ilanların sayının artdığını qeyd edən Lunerti, qış aylarında belə isti havaların bunda təsirli olduğuna diqqət çəkib.

Terraslarda, bağlarda və məktəb binalarında gizlənən ilanlar üzündən xalq böyük çaxnaşma yaşayır.

İtaliya mətbuatının yazdığına görə, hornetlərin sayındakı sıçrama ölkədə narahatlıq doğurur.

Mütəxəssislər vurğulayırlar ki, Roma tullantıların idarə olunmasını tənzimləmədən bu problemdən xilas ola bilməz. Roma şəhər administrasiyası tənqidləri rədd edir və narahatlığa səbəb olmadığını iddia edib.