
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
1935-ci ildən senator olan Harri Trumen 1944-cü il seçkiləri öncəsi xeyli götür-qoydan kompromis fiqur kimi vitse-prezidentliyə namizəd göstərildi. Ruzvelt-Trumen tandemi seçkilərdə çətinlik çəkmədən Dyui-Briker tandeminə qalib gəldi. Amma F.D.Ruzvelt dördüncü prezident kadensiyasına başlayandan 3 ay keçməmiş vəfat etdi və beləcə, Demokratlar partiyasının heç də liderlərindən olmayan Harri Trumen prezident oldu.
Onun prezidentliyini uğursuz adlandırmaq olmazdı. Xüsusən xarici siyasətdə Ruzveltdən fərqli olaraq, Stalinə müqavimət göstərmək yolunu seçdi və sovet liderinin ekspansiya iştahasını xeyli küsdürdü. Müharibədən sonrakı Avropanın dirçəlməsi üçün Marşall planı qəbul edildi. Buna baxmayaraq, 1948-ci il prezident seçkiləri öncəsi onun reytinqi xeyli aşağı idi. Ola bilər, bu, həm də demokratların xeyli uzun müddət, 1932-ci ildə Ağ evi tutmaları ilə bağlı idi.
Trumenin reytinqi o qədər aşağı idi ki, hətta demokratlar prezidentliyə başqa namizəd irəli sürmək haqqında düşünürdülər. Prezident partiyadaxili praymerizdə çətinliklə qalib gəldi.
Tomas Dyui ixtisasca hüquqşünas idi və 1930-cu illərdə Nyu-Yorkun prokuroru vəzifəsini tuturdu. Bu postda onun ən böyük qələbəsi mafiya lideri Laki Luçanonun məhkum edə bilməsi oldu (hərçənd, deyilənlərə görə, qələbəsi təmiz deyildi, bəzi sübutlar saxtalaşdırılmışdı).
Dyui hələ 1940-cı il seçkilərində Respublikaçılar partiyasının namizədi olmağa cəhd etdi və ştatlardakı praymerizlərin çoxunda qalib gəldi. Amma partiya konfransında namizəd seçilə bilmədi. Əvəzində 1942-ci ildə Nyu-York ştatının qubernatoru seçildi. 1944-cü il seçkilərində respublikaçıların prezidentliyə namizədi oldu. Lakin seçicilər müharibə vaxtı dəyişiklik etmək istəmədilər və Ruzvelt dördüncü dəfə prezident seçildi. Dyui isə 1946-cı ildə Nyu-York qubernatoru seçkilərində böyük fərqlə qalib gəldi və 1948-ci ildə yenidən respublikaçıların prezidentliyə namizədi oldu.
Demokratlar partiyasında isə bu zaman parçalanma yaranmışdı. Trumenin irqi ayrı-seçkilik əleyhdarı olması partiyanın daha mühafizəkar və ayrı-seçkilik tərəfdarı olan kəsiminin ayrılaraq Disikratlar adlı partiya yaratmalarına və seçkidə öz namizədlərini – Strom Termondu irəli sürmələrinə səbəb oldu.
Trumenin aşağı reytinqi, Demokratlar partiyasında parçalanma fonunda Dyuinin qələbəsi qaçılmaz görünürdü. Bütün sorğular da bu ehtimalı təsdiq edirdi. Respublikaçılar partiyasının liderləri və Dyui belə qənaətə gəldilər ki, qələbə üçün sadəcə bir şey lazımdır: seçki kampaniyası zamanı kobud səhvlərə yol verməmək, potensial tərəfdarları çəkindirəcək fikirlərdən qaçmaq, hamını razı salacaq ümumi və qeyri-konkret fikirlər səsləndirmək.
Bu ehtiyatlılıq Dyuinin olduqca solğun kampaniya aparmasına, yayğın və bayağı fikirlər səsləndirməsinə səbəb oldu. Məsələn: Kənd təsərrüfatı mühümdür. Bizim çaylar balıqlarla boldur. Sizin gələcəyiniz hələ irəlidədir. Sərbəstlik olmadan azadlıq mümkün deyil.
Trumen isə parlaq, aqressiv seçki kampaniyası apardı və qələbə üçün əlindən gələni etdi. Nəticədə, hətta demokratların əksəriyyətinin inanmadığına nail oldu: o zaman mövcud olan 48 ştatın 28-də qələbə çaldı. 49,6 faiz səs toplayaraq (Dyui 45,1 faiz) 303 nümayəndənin səsini qazandı.
1948-ci il seçkilərinin nəticələri ABŞ tarixində ən böyük seçki sürprizlərindən biri hesab olunur.