vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:23 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın Cənubi Qafqaz planı

Tramp üçün Çini cilovlamaq əsas prioritetdir

Xəqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Trampın Cənubi Qafqazla bağlı planı varmı? Məşhur cizgi filminin qəhrəmanı demişkən “Planınız varmı, mister Fiks?!”

ABŞ-ın yeni administrasiyası hələ ki, bu məsələ ilə bağlı susur. Ukrayna və Qəzza problemi indi Tramp üçün əsas prioritet olsa da Cənubi Qafqazın gözardı ediləcəyi gözlənilmir.

Uzun illər ABŞ-ın bölgədə geosiyasi maraqları Rusiya ilə balans siyasəti üzərində qurulmuşdu.

Lakin son 5 ildə bu vəziyyət kəskin dəyişib.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda yeni vəziyyət yaradıb. Logistika marşrutlarının diversifikasıyası bu baxımdan mühüm məsələyə çevrilib.

ABŞ Cənubi Qafqazda Çinlə üz-üzə gələcək.

Çünki Çinin sürətlə MDB məkanında daxil olması və logistika arteriyaları üzərində nəzarət cəhdi Tramp administrasiyanın diqqətindən qaça bilməz.

Tramp üçün Çini cilovlamaq, Avropa bazarlarını amerikan mallarının ixracı üçün problemsiz məkana çevirmək əsas prioritetdir.

Tramp üçün Moskva ilə sövdələşmədə əsas indikatorlarından biri budur.

Putin və Tramp yeni geosiyasi cəbhənin konturlarını cızarkən Çin və İran stol üzərində qoyulacaq əsas fiqurlar olacaq.

Burada həmçinin Avropa Birliyinin enerji təhlükəsizliyi ilə bağlı tələbləri öz sözünü deyəcək.

Bu baxımdan Trampın Cənubi Qafqazla -Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı siyasətinin bu məqamlar üzərində köklənəcəyi istisna edilmir.