
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Bazarın faiz endirimi gözləntiləri iyuna qaldı
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
Nefti qiymətlərini qaldıran səbəb qiymətli metalı düşürür
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ Prezidenti Donald Trampın yeni tariflərlə bağlı hədələri ticarət müharibəsi gərginliyini və qlobal iqtisadi artımla bağlı narahatlıqları artıraraq qızılın qiymətini rekord həddə çatdırıb.
Təhlükəsiz aktivlərdən biri olan qızıl, artan qeyri-müəyyənlik, iqtisadi durğunluqla bağlı narahatlıqlar və ABŞ-ın yeni tarif təhdidlərinin mümkün nəticələri, həmçinin geosiyasi risklər səbəbindən rekord qırmağa davam edir.
Bu gün qızılın unsiya qiyməti 2946,85 dollara çatıb.
Yeni ilin ilk günündən 2620 dollar ətrafında başlayan qızılın unsiyası ilin əvvəlindən bu yana 328 dollar civarında dəyər qazanaraq bu il 9 dəfə yüksək hədd yeniləyib.
Analitiklər, ABŞ prezidenti Donald Trampın aqressiv tarif siyasətinin nəticələri ilə bağlı narahatlıqların artdığını və qeyri-müəyyənliyin Trampın 20 yanvarda vəzifəyə başlamasından sonra etibarlı aktiv olaraq qızıla tələbi davamlı olaraq artırdığını bildiriblər.
Bu arada, bəzi analitiklər də qızıl unsiyası qiymətinin əsas hərəkətverici qüvvəsi kimi mərkəzi bankların, xüsusən də Çin Xalq Bankının tələbini görürlər.
Keçən il mərkəzi banklar milli ehtiyatlarını artıraraq qızılın unsiya qiymətini qaldırmağa kömək etdilər.
Digər tərəfdən, ABŞ prezidenti Tramp son olaraq polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzaladıqdan sonra ABŞ-a avtomobil idxalına 25 faiz rüsum tətbiq etməklə hədələyib.