vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
08:12 | 21 fevral 2025 | Cümə Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask FED-ə gedir

DOGE ABŞ Mərkəzi Bankında yoxlamalara başlayacaq

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın baş müşaviri, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Mərkəzi Bankında (FED) da yoxlamalar aparacaqlarını açıqlayıb.

Mask 2025-ci il Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) çərçivəsində keçirilən tədbirdə çıxış edib.

Qiymətli metalların saxlandığı “Fort Knox”da qızıl ehtiyatlarının yoxlanılması ilə bağlı açıqlamalarını təkrarlayan Mask, buradakı qızılların Amerika xalqına aid olduğunu vurğulayıb.

Fed-i yoxlamağı düşünüb-düşünmədiklərini soruşduqda, Mask “Bəli, əlbəttə”, – deyib.

Lazımsız maliyyə xərclərinin demək olar ki, hər yerdə olduğuna diqqət çəkən Mask, yoxlamalar bəzi şeyləri bir az da çətinləşdirərək, amma əvəzində milyardlarla dollara qənaət edilə biləcəyini bildirib.