vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
12:02 | 22 fevral 2025 | Şənbə Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Səsini kəs, müqaviləni imza”

Tramp və komandası Zelenskiyə təzyiq edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Trampdan sonra onun komandası Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı sərt bəyanatlar verməyə başlayıb. Ağ Ev administrasiyası Ukraynanın nadir torpaqları ilə bağlı ABŞ-ın razılaşmasını rədd etdiyi üçün Zelenskiyə xüsusilə hiddətlənib.

ABŞ prezidentindən sonra Ağ Evin milli təhlükəsizlik müşaviri Mayk Vals ötən gün verdiyi açıqlamalarda Zelenskini həqiqətən də Trampı əsəbləşdirdiyini bildirib.

***

“Prezident Zelenski aydındır ki, hazırda prezident Trampdan çox narazıdır. Onun masaya gəlməməsinin səbəbi təqdim etdiyimiz fürsətdən istifadə etmək istəməməsidir. Düşünürəm ki, bu, nəhayət, bu nöqtəyə gələcək və ümid edirəm ki, bu, çox tez gələcək”, – deyən Vals bu açıqlamada keçən həftə Almaniyanın Münhen şəhərində Zelenski qarşısında qoyulan qiymətli metallar müqaviləsinə istinad edib. Sızdırılan məlumatlara görə, ABŞ komandası Zelenskinin qarşısına “təslim olma” kimi bir kağız qoyaraq Ukraynanın bütün mövcud və gələcək yeraltı sərvətlərinin 50 faizinin ABŞ-a veriləcəyi ilə bağlı razılaşmaya məcbur etmək istəyib. Zelenski isə bu razılaşmanın “Rusiyadan gələn təhükələrə qarşı Amerikanın Ukraynaya təhlükəsizlik zəmanətləri” çərçivəsində olmasını istəyir.

***

Vals həmçinin Zelenskinin “səsini kəsməli” olduğunu deyib: “Müqaviləyə yaxşı baxın və onu imzalayın”. Zelenskiyə qarşı zorakılıq səviyyəsinə çatan bəyanatlar bu həftə prezident Trampla başlayıb. Çərşənbə axşamı Zelenskinin Rusiya ilə müharibəyə heç vaxt başlamamalı olduğunu və onun reytinqinin 4 faizə düşdüyünü iddia edən Tramp ertəsi gün Zelenskinin “seçkilər keçirməyən diktator” adlandırmışdı.

***

Trampın sağ əli kimi çıxış edən dünyanın ən varlı adamı İlon Mask da Zelenskiyə hücumla məşğuldur. Cümə axşamı günü “X” hesabında “Zelenski Ukrayna xalqı tərəfindən həqiqətən sevilsəydi, seçkilərə gedərdi” deyən Mask, Trampın Zelenskini bu həftə Ər-Riyadda keçiriləcək ABŞ-Rusiya sammitinə dəvət etməməkdə haqlı olduğunu bildirib: “Ukrayna əsgərlərinin cəsədləri ilə qidalanan iyrənc, kütləvi korrupsiya maşınından asılı olmayaraq sülh axtarmaq hüququna malikdir”.