

Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
... Yaxud Lenin babasının xələfləri
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
Yaxud heç bir özəlliyi olmayanların “ortaq dəyəri”
Mavzoleyin yeganə sakininin mumiyasının 5-də 1-i qalıb
Bakıdan gedən türk kommunistləri necə boğdular?
240266 saylı 23 cildlik cinayət işi
Bolşevik İnqilabının 100-illiyi (ikinci yazı)
Milyonları güllələnmə və aclıq, sağ qalanları isə polis rejiminin dəmir yumruğu altında vahimə və səfalət dolu həyat gözləyirdi
Bolşevik İnqilabının 100-illiyi ilə bağlı birinci yazı - (giriş)
Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb
Kommunist simvolları restoranın menyusunu bəzəyir - lakin yeməklər sadə sovet təamlarına bənzəmir
Rusiya ərazilərində yaşayan xalqa «özəl miqrant statusu»u verilməsi üçün Kerriyə müraciət olundu
Bakı ermənisi olan Saakyan 36 filmdə diktatoru oynamışdı
«Bu, qəbulolunmazdır»
Bir bəyin oğlu, zor bəyin oğlu
1772-ci ilə kimi Rusiya imperiyasında yəhudilər, demək olar, yox idi. Amma Polşanın 1772, 1793 və 1795-ci illərdə üç bölünməsi nəticəsində bu ölkənin xeyli ərazisi ilə yanaşı çoxsaylı yəhudi əhalisi də Rusiyaya çatdı. Üstəlik, 1783-cü ildə Krımın birləşdirilməsi burada yaşayan türkdilli, amma iudaizmə mənsub krımçaqlar və kəraimlər də Rusiya təbəəsi oldular. Beləliklə, Rusiya ən çox yəhudi yaşayan dövlətə çevrildi. XIX əsrin ortalarında dünyadakı yəhudilərin 2/3-i burada yaşayırdı.
Yəhudilərin çoxalması ilə eyni zamanda antisemitizmdə peyda olur. Hələ 1791-ci ildə II Yekaterina yəhudilərin daimi yaşaması üçün “məskunlaşma sahəsi” (черта оседлости) müəyyənləşdirmişdi. Bu ərazidən kənarda daimi məskunlaşmağa nadir hallarda icazə verilirdi.
Bununla belə, qeyd etmək lazımdır ki, yəhudilərə qarşı önyarğı etnik deyil, dini mahiyyət daşıyırdı. Pravoslavlığı qəbul edən yəhudilərin əvvəl yəhudi olması tezliklə unudulurdu və onlar xristianların malik olduqları bütün hüquqlara malik olurdular (çarizmdə hansı hüquqlar vardısa), o cümlədən, zadəganlıq qazana bilərdilər.
Lenin babası da belələrindən idi. O, Jitomirdə doğulmuşdu və əsl adı İzrail Blank idi. 1818-ci ildə Sankt-Peterburq imperator tibbi cərrahiyyə akademiyasına daxil oldu (yəhudilər üçün ali təhsil almaq mümkün idi, amma pravoslavlardan daha çətin idi, bunun üçün çox yüksək qabiliyyətlərə malik olmaq gərəkirdi). 1820-ci ildə qardaşı Abel ilə birlikdə pravoslavlığı qəbul etdi. Adını Aleksandr etdi, amma soyadı fransızlarda, almanlarda da yayğın olduğundan dəyişmədi. Anna adlı alman-isveç kökənli qızla evləndi. 1840-cı illərdə zadəganlıq əldə etdi. 1870-ci ildə vəfat etdi. Elə həmin il böyük övladı Mariya Vladimir adlı oğlan dünyaya gətirdi ki, sonralar Lenin kimi tanındı.
Bolşeviklər və sovet hökuməti beynəlmiləlçiliyi təbliğ edirdilər. Amma bu onlara Leninin yəhudi kökünün olmasını gizlətməyə mane olmurdu (Leninin özünün bu haqda məlumatsız olduğu güman edilir).
Leninin bacısı Anna Ulyanova bu faktı aşkar edəndən sonra 1932-ci ildə Stalinə məktub yazaraq xəbər verir və əlavə edir: “Biz kommunistlərin bu fakt barədə susmaq üçün hansı motivləri ola bilər?” Amma Stalin cavabında “Bu barədə qəti şəkildə susun” yazır. SSRİ dağılana qədər də susdular.