
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Son həftələrdə dünyanın qüdrətli dövlətlərinin – ABŞ, İngiltərə, Almaniya və Fransanın rəhbərlərinin Rusiya prezidenti Vladimir Putindən Ukrayna məsələsindən dolayı ard-arda xahişlər etdiyi bir vaxtda Putinin özünün xahişdə bulunduğu bir nəfər oldu: Krım türklərinin (tatarlar) lideri Mustafa Abdulcəmil Krımoğlu.
Gerçək bir fenomen.... Möhtəşəm türk oğlu... Sarsılmaz iradə yiyəsi... Dönməz əqidə sahibi... Prinsipial və dürüst siyasətçi... Xarizmatik lider... Dünya şöhrətli dissident... Onu təqdim etmək üçün çox söz tapmaq olar. Hamısı da gerçək. Yalansız.
Təsəvvür edin, Krımoğlu Mustafa bəyin deputatlıqdan yüksək vəzifəsi yoxdur, Ukrayna Ali Radasının 450 üzvündən biridir, dövlət vəzifəsi daşımır, amma dünyanın ən böyük dövlətlərinin birinin lideri onunla görüşə ehtiyac duyur, xahiş edir, NATO kimi dünyanın ən böyük hərbi bloku onunla təmasa keçir, Ukraynanın keçmiş və indiki rəhbərləri Krımoğlu ilə məsləhətləşir, onun mövqeyi ilə hesablaşır, şəxsiyyətinə hörmət göstərirlər.
Bütün bunların səbəbi Mustafa Cəmiloğlunun fenomenal iradə yiyəsi olması, əzmkarlığı, dönməzliyi, parlaq şəxsiyyətidir.
Onun arxasında elə böyük bir qüvvə də yoxdur. Təmsil etdiyi etnik qrup Ukraynada, eləcə də Krımda azlıqdadır. Onlar ruslardan da azdırlar, ukraynalılardan da. Amma onlar həm bu bölgənin aborigenləridir, həm də Krımoğlu Mustafa bəy kimi liderləri var və onun ətrafında sıx birləşiblər.
6 aylıq körpə ikən ailəsi ilə birlikdə «sovet dövlətinə xəyanət etmiş xalq»ın oğlu olaraq sürgünə göndərilən Mustafa bəyin sürgün illərində Özbəkistanda çəkdiyi məşəqqətlərdən ətraflı danışsaq, dastan, yazsaq, roman olar. Bir məqamı isə mütləq qeyd etmək lazımdır: onu Daşkənd universitetində ali təhsil almağa qoymayıblar – «xain xalqın oğlusan» deyə.
Görünür, məhz bu haqsızlıq Mustafa bəyin həyat yolunu birdəfəlik müəyyənləşdirib, onu sovet dövlətinə asi edib. Sonralar uzun-uzadı məhkəmələr, sürgünlər, həbslər, sıxışdırılmalar, keşməkeşlər... Bu, 1989-cu ilə qədər davam edib. 1944-1989. Tam 45 il. Bu, Krımoğlu Mustafa bəyin həyatının ən yaxşı illəriydi.
Onun azadlığa çıxması, təqiblərdən azad olması da dünyanın iki ən böyük siyasi liderinin - Reyqanla Qorbaçovun razılaşması əsasında baş tutub. Reyqan azadlığa buraxılmasını xahiş etdiyi bir neçə sovet dissidentinin sırasında akademik Saxarovla yanaşı Mustafa Cəmilov da olub.
1998-ci ildə isə o, öz xalqının haqları uğrunda dönməz mübarizə apardığına görə BMT-nin Ali Komissarlığı tərəfindən ali mükafata layiq görülüb.
Hazırda 71 yaşlı bu bəstəboy lider yenə də xalqının taleyi üçün ayaqdadır və mübarizəsini davam etdirir.
Onu tanıyanların hamısı əmindirlər ki, Mustafa bəyi heç nə ilə qorxutmaq və heç bir dünya malı ilə şirnikləndirib yolundan döndərmək mümkün deyil.
Əslində Rusiya prezidenti Putinin, eləcə də Krımın separatçı rəhbəri Aksyonovun Krım türklərinə, şəxsən Mustafa bəyə verdiyi vədlər çox cəlbediciydi: Krım türklərinin ana dilinin ikinci dövlət dili olması, onlara tam təhlükəsizlik təminatı verilməsi, baş nazirin iki müavini postu, bir neçə nazir vəzifəsi, güc strukturları da daxil olmaqla bütün nazirliklərdə müavin vəzifələri və sair və ilaxır.
Ancaq bir vaxtlar «sovet xalqına xəyanət»ə görə Stalin tərəfindən sürgünə göndərilmiş Krım türkləri bu qədər cəlbedici, şirnikdirici vədlərdən imtina etdilər, təbəəsi olduqları dövlətə (Ukrayna) xəyanət yolu tutmadılar. Beləliklə, Stalinin tarixi damğası və bu xüsusda olan şübhələr («bəlkə də Stalin onları sürgün etdirərkən haqlı imiş») darmadağın oldu.
Əlbəttə, Mustafa bəy və onun silahdaşları onsuz da qırılıb-çatılmış, sayı sürgünlər və repressiyalar nəticəsində azalmış Krım türklərini növbəti siyasi təlatümlərdən necə sağ-salamat çıxarmağı yaxşı bilirlər. Krımoğlunun iradəsi, təcrübəsi, beynəlxalq nüfuzu buna yetəcək qədərdir.
Əsl millət rəhbəri odur ki, dövlət vəzifəsi olsa da, olmasa da, sözü eşidilsin, saya salınsın. Vəzifəsini itirdikdən sonra qara qəpiklik hörməti qalmayan başçılar sadəcə özləri, ailələri üçün çalışanlardır. Onların millətə aidiyyəti yoxdur.
Mustafa bəy öz şəxsiyyəti ilə təkcə Krımın deyil, bütün türk dünyasının oğludur, bəşər oğludur.