vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
15:51 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda gərginlik

Həyəcanlı gözləmə davam edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran mənbələri Britaniyanın “The Telegraph” qəzetinə verdiyi məlumata görə; İranın nüvə obyektlərinə hücumdan qorxduğu üçün “yüksək hazırlıq” vəziyyətində olduğu bildirilir.

ABŞ mediasının İsrailin İrana hücuma hazırlaşdığına dair məlumatların yer aldığı xəbərin hazırlanmasından sonra Yaxın Şərqdə İsrail və İran arasında gərginlik ən yüksək həddə çatıb. ABŞ mediası İsrailin İranın nüvə obyektlərinə hücum edəcəyini, lakin ABŞ prezidenti Donald Trampın təsdiqini gözlədiyini iddia edib.

Son hadisələrdən sonra İran prezidenti Məsud Pezeşkian ABŞ-a türkcə şeirlə cavab verib və İsraili də tənqid atəşinə tutub.

İranın xarici işlər naziri Abbas Araqçı İranın nüvə fəaliyyətləri ilə bağlı ABŞ-la birbaşa danışıqlar masasına oturması ehtimalını rədd edib.

Trampın İran siyasətinə də toxunan Araqçı, “Bu şəkildə maksimum təzyiq tətbiq olunsa da, bizimlə ABŞ arasında birbaşa danışıqlar mümkün deyil”, – dedi.

***

İngiltərənin “The Telegraph” qəzetində çıxan xəbərə görə, İran İsrail və ABŞ-ın hücumlarından qorxduğu üçün nüvə obyektlərinin ətrafındakı müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə salıb.

İran hökumətindəki iki yüksək vəzifəli mənbə bildirib ki, Tehran əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirmək də daxil olmaqla, nüvə və raket obyektləri ətrafında müdafiəni gücləndirmək üçün addımlar atıb.

Mənbələr tədbirlərin İsrail və ABŞ-ın birgə hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı artan narahatlıqlara cavab olaraq alındığını bildiriblər: “İran rəsmiləri hər gecə sadəcə hücum gözləyirlər. Hətta ən məxfi obyektlər belə yüksək hazırlıq vəziyyətinə gətirilib. Nüvə obyektlərinin gücləndirilməsi üzrə işlər illərdir davam edir, lakin son bir ildə, xüsusən də İsrailin ilk zərbəsini endirdikdən sonra intensivləşib. Son hadisələr, o cümlədən Trampın bəyanatları və administrasiyasının İranı müdafiə fəaliyyətini vurmağı planlaşdırdığına dair xəbərlər aktuallaşıb”.

***

Keçən il İran və İsrail arasında qarşılıqlı hücumlara toxunan mənbə, İsrailin hücumlarının İranın müdafiə sistemlərindən yan keçə biləcəyini vurğulayaraq, “Əlavə hava hücumundan müdafiə sistemi buraxılış qurğuları yerləşdirilib. Lakin geniş miqyaslı hücum zamanı təsirli olmaya bilər”, – deyib.

“The Telegraph” qəzeti İranın nüvə obyektlərinin Rusiya istehsalı olan S-300 raket sistemi ilə qorunduğunu qeyd edərək, İranın İsrailin mümkün hücumundan qorunmaq üçün S-400 raket sisteminin çatdırılmasını sürətləndirmək üçün Rusiyaya təzyiq edə biləcəyini qiymətləndirib.

***

Tramp ikinci müddətə prezidentliyə başladıqdan sonra İrana qarşı “maksimum təzyiq” siyasətini bərpa edərək, neft ixracını sıfıra endirməklə Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almağa çalışıb.

Tehran administrasiyası ilə sövdələşməyə üstünlük verdiyini vurğulayan Tramp danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ-ın hərbi variantları nəzərdən keçirəcəyini açıq şəkildə bildirir.

“The Telegraph”a danışan rəsmilər İsrailin baş naziri Benyamin Netanyahunun “İrandakı işi bitirəcəyik” sözlərini xatırladaraq ABŞ-ın İsrailə dəstək vermə ehtimalının Tehran administrasiyasında qorxu yaratdığını iddia ediblər.