

Pekinin rəqibləri okean məlumatlarının hərbi texnologiyalar üçün istifadə ediləcəyindən narahatdır
Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Donald Trampın tezliklə AB-yə gömrük rüsumlarını artıracağı açıqlaması və Avropa Birliyini (AB) “ABŞ-ı məhv etmək üçün qurulmuş bir qurum” kimi qələmə verməsi Avropa liderlərini qəzəbləndirib. Polşanın baş naziri Donald Tusk ABŞ prezidentinin açıqlamalarını tənqid edib, Fransa isə ABŞ-ın 25 faizlik tariflər tətbiq edəcəyi təqdirdə Avropa Birliyinin də eyni addımı atacağını açıqlayıb.
ABŞ prezidenti yaxın vaxtlarda AB-ni qarşı gömrük rüsumlarını açıqlayacaqlarını bəyan edərək, 25 faizlik tarif tətbiq etməyə qərar verdiklərini açıqlayıb.
AB-yə hansı səviyyədə tariflərin tətbiq ediləcəyi ilə bağlı suala Tramp belə cavab verib: “Qərar verdik, bunu çox yaxında açıqlayacağıq və bu, bütövlükdə 25 faiz olacaq. Bu, avtomobillərə və digər şeylərə şamil ediləcək. Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb, amma indi mən prezidentəm”, – deyib.
Tramp AB-nin qisas almağa çalışa biləcəyini, lakin bunun uğurlu olmayacağını bildirib və bu halda artıq oradan idxal etməyəcəklərini əlavə edib.
***
Trampın sərt bəyanatlarına Avropa İttifaqının reaksiyası dərhal oldu. Polşanın Baş naziri Donald Tusk Trampın sözlərini tənqid edərək, “AB heç kimi məhv etmək üçün qurulmayıb, əksinə, sülhü, xalqlarımız arasında hörmət bağını qorumaq, azad və ədalətli ticarət yaratmaq və transatlantik dostluğumuzu gücləndirmək üçün yaradılıb”, – deyib.
Tusk daha əvvəl ticarət müharibəsinin “lazımsız və axmaqlıq” olduğunu demiş və bundan qaçmaq üçün lazım olan hər şeyi etməyə çağırmışdı.
***
Fransanın maliyyə naziri Erik Lombard AFP xəbər agentliyinə verdiyi açıqlamada, Trampın 25 faizlik tarifləri tətbiq edəcəyi təqdirdə Avropa Birliyinin cavab addımı atacağını bildirib: “Əgər amerikalılar tarifləri artırmağa davam edərsə, AB-nin də eyni addımı atacağı aydındır”.
***
Tramp hakimiyyətinin ilk dövründə Avropa Birliyini ticarətdə ABŞ-a zərər vermək üçün yaradılmış düşmən kimi təsvir etmişdi. O, ötən gecə Nazirlər Kabinetinin iclasında bu ittihamı təkrarlayıb. “The New York Times” qəzetinin təhlilinə görə, Tramp dərhal Rusiyanı dəstəkləyib, Avropanın öz qayğısına qalması lazım olduğunu deyib və son zərbə olaraq tarifləri açıqlayıb.
Avropadakı bəzi rəsmilər və analitiklər Tramp administrasiyasını sadəcə olaraq Avropaya “laqeyd” hesab edirlər. Bəziləri iddia edir ki, indi açıq düşmənçilik var. Hər iki qrupun əmin olduğu bir şey odur ki, Amerika indi daha az etibarlı tərəfdaşdır.
***
Dünən axşam verdiyi açıqlamada Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını söyləyən Tramp, iki qonşu ölkə üzərindən ABŞ-a gələn fentanil səbəbiylə milyonlarla insanın öldüyünü iddia edib. “Tariflər hamısı deyil, amma bir çoxu davam edəcək”, – deyən Tramp əlavə edib ki, Kanada və Meksika üzrə tariflər, eləcə də bütün digər tariflər aprelin 2-dən qüvvəyə minəcək.
ABŞ prezidenti fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz rüsum tətbiq edib. Tariflərin fevralın 4-dən qüvvəyə minəcəyi gözlənilirdi.
Tramp, tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində Kanada və Meksikaya tariflərin 30 günlük dayandırılacağını açıqlayıb.