Nazir sələfinin kadrını «vurdu»
Əsədov Abbasovun daha bir adamını təqaüdə göndərdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
6 min manatadək cərimə
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
-
“Maxinasiyaların idarəçisi idi”
Sahibkardan eks-nazir Heydər Əsədova ittiham: “Məni qəbul edib göstəriş verirdi, arxamca da...”
-
İnam Kərimovdan yeni təyinat
“ASAN”dan nazirliyə növbəti transfer
-
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Boş qalan vəzifəyə ...
-
Oliqarxlar əndişədə
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
-
Əsəbi Əsədov haradadır?
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
-
Yeni nazir müşavirə keçirdi
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
-
İnam Kərimov komandasını özü ilə aparır
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
Balımızı tapan barmağını yalayır
Dünyada orta qiymət 3000-dir, amma Azərbaycan 8000 dollara satır
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Əsədov aqrar sektoru necə batırır?
Nazir qudası Ziya Məmmədovun yolunu gedir - məhv edilən ərzaq təhlükəsizliyi və milyonları udan korrupsiya «əjdahası»
Kənd təsərrüfatı naziri Heydər Əsədov keçmiş nazir İsmət Abbasovun daha bir kadrını işdən çıxarıb. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazirin əmrinə əsasən İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qurumda «nazirliyin üçüncü adamı» sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib.
Qeyd edək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər.
Xatırladaq ki, İsmət Abbasov hazırda baş nazirin müavinidir.