
Böyük dövlətin cılız prezidenti
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Parislə Tel-Əviv arasında diplomatik qalmaqal
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
“Kale şəhərinin sakinləri” abidəsi Yüzillik müharibənin ilk dövründə baş verən hadisə ilə əlaqəlidir.
Müharibə 1337-ci ildə başlayıb və daha hazırlıqlı və intizamlı qoşuna malik ingilislərin üstünlüyü ilə keçib. Onlar 1340-cı il iyunun 24-də Sleys dəniz döyüşündə qalib gəliblər. 1346-cı il avqustun 24-də isə daha çoxsaylı Fransa qoşununu Kresi döyüşündə darmadağın ediblər.
Bu qələbəyə baxmayaraq, müharibənin hələ uzun sürəcəyi aydın idi. İngiltərə kralı III Eduard bir liman şəhərini ələ keçirmək istəyirdi ki, orada həm İngiltərədən gəmilərlə gələn canlı qüvvələri və azuqəni qəbul edə bilsin, həm də qoşunu etibarlı divarlar arxasında dincəlsin. O, Kale şəhərini tutmağı qərara alıb.
İngilislər 1346-cı ilin sentyabrın 4-də şəhərə yaxınlaşırlar. Beş ay ərzində hücum edərək qala divarlarını adlamağa və şəhəri ələ keçirməyə çalışırlar, amma nail olmadılar. Bundan sonra fəal hərbi əməliyyatları dayandırdılar və şəhərin tükənərək təslim olmasını gözləirlər.
Fransa kralı VI Filipp dəniz vasitəsilə Kaleni azuqə ilə təchiz etməyə çalışırdı. 1347-ci ilin mart-aprel aylarında şəhərə 1000 ton azuqə ötürüldü. Amma maydan etibarən ingilislər bu təchizatı kəsə bildilər. Şəhərdə olan azuqə tükənməyə başladı.
Avqustun əvvəllərində kalelilər III Eduarda xəbər göndərərək təslim olmağa hazır olduqlarını, şəhər əhalisinə rəhm edilməsini istədilər. İngiltərə krala isə belə bir şərt irəli sürdü: Kalenin 6 tanınmış sakini öz boyunlarına ip salıb onun hüzuruna gəlir və şəhər açarlarını təslim edirlər. Kral yalnız onları asacağını digər sakinlərin canına toxunmayacağını bildirdi.
Birinci Estaş de Sen-Pyer, Kalenin varlı adamlarından biri özünü qurban verməyə hazır olduğunu bildirdi. Şəhərin müdafiəsinə rəhbərlik edən Jan de Vyen və daha dörd nəfər ona qoşuldular. Avqustun 3-də onlar şəhərdən çıxdılar, açarı təqdim etdilər və edamlarını gözlədilər. Amma kralıça Filippa ərindən onların bağışlanılmasını istədi. Kral da hamilə arvadının sözünü yerə salmadı.
Yüzillik müharibə 1453-cü ildə Fransanın qələbəsi ilə yekunlaşdı, amma sülh müqaviləsinə görə, Kale ingilislərdə qaldı. Yalnız 1558-ci ildə hersoq Fransua de Giz qəfil hücumla şəhəri tutdu və onu Fransaya qaytardı.
Şəhər bələdiyyəsi 1884-cü ildə bir neçə heykəltəraşa müraciət edərək həmin altılığın ağsaqqalı sayılan Estaş de Sen-Pyerin heykəlinin hazırlanması ilə bağlı təkliflərini hazırlamalarını istədi. Ogüst Roden adlı birisi isə təkcə Sen-Pyerin deyil, altılığın hamısını əks edildiyi kompozisiya yaratdı. Məhz onun layihəsi qəbul edildi.
Abidə hazırda Kale bələdiyyəsinin binası önündədir.