vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SOSİAL  
19:35 | 14 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sürücülərin işi «ASAN»laşdı

Yol polisinə getmək lazım olmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiq edib. Vaxt.az-ın məlumatına görə, dəyişikliyə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud digər nasazlıqlara görə, cərimənin məbləği 150 manatdan 50 manata endirilib.

Amma ən mühüm dəyişiklik yol hərəkətinə nəzarət edən qurğuların, yəni radarlar və kameraların «ASAN xidmət»in informasiya sisteminə birləşdirilməsidir. Yəni, Dövlət Yol Polisinin (DYP) əməkdaşları ASAN xidmətdə video, foto kameralara baxıb qayda pozuntusunu müəyyən edəcəklər və cərimə haqda bildirişi vətəndaşa mesajla göndərəcəklər.

Bundan başqa, dəyişikliklərə görə, kameraların və radarların köməyi ilə pozuntu aşkarlananda bu barədə protokol xətanı törətmiş şəxsin iştirakı olmadan «ASAN» xidmətdə tərtib olunacaq. Yəni, radar və kameralar vasitəsilə aşkar edilən pozuntulara görə, sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq belə xətalar haqqında protokol tərtib etməsini də qadağan edir. Söhbət məsələn, avtomobili yolun ortasında saxlamaq, qırmızı işıqda keçmək, yol nişanlarına əməl etməmək, sürət həddini aşmaq və hadisə yerindən yayınmaq kimi hallardan gedir.

Məcəlləyə ən mühüm dəyişikliklərdən biri cərimələrin gecikdirilməsi ilə bağlıdır. Əvvəla, indi cərimənin ödənilməsinə görə, əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Belə ki, indiyədək cərimələri 3 ay müddətinə ödəmək olardısa, indi 2 ay ərzində cərimə ödənilməsə, sürücülük vəsiqəsi alınacaq. Bu dövrədək isə dəbbə pulu əvvəlki qayda ilə  - hər gecikdirilən günə görə, 2 faiz olmaqla hesablanacaq.

 

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununun tətbiqi barədə fərmanı təqdim edirik. Fərmanda yuxarıdakı Qanunun tətbiqinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirilir: 

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin üç ay müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə həmin Məcəllənin 410-1-ci maddəsində müəyyən edilmiş qaydada icraat bu Fərmanın 1.3-cü bəndində göstərilən SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçirilsin.

 

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci və 410-1.1-ci maddələrində «müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi» dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.