Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
Sizə kiçik sirr açım. Böyük və ya kiçik fərq eləmir, qəza keçirən adamlar prosedurları bilir. «Forma 4» deyilən nə işə yaradığı bilinməyən bir kağız parçası var. Hansıkı lazımsız bir şey olduğu halda insanlar bu kağızı vacib bilir. Bu sadəcə Yol Polisi ilə sığortanın birləşib yaratdığı bir şeydir, məqsəd insanlardan rüşvət almaqdır. Proseduru ard-arda yazıram, diqqətli oxuyub, yadda saxlayın.
Qəza olur, sığorta və polis gəlir, günahın kimdə olduğunu aydınlaşdırır. Səhər yol polisinə çağırılırsınız və gözlənilən an.Sənədlərə qol çəkildikdən sonra DYP sizə kağız verir ki, gedin sığortadan «FORMA 4» deyilən sənədi götürün və qayıdıb bura gəlin. «Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin». Belə də açıq- aşkar deyilir.
Sosial şəbəkədə dostluğumda olan bir nəfər başına gələnləri danışır: «Düzü əvvəl nə dediyini anlamamışdım. Nə isə getdim sığortaya kağızı götürdüm, polisə getmək istəyəndə dedim sığortada 10 ildir işləyən tanışım var, onu yığım, görüm yol polisinin bu məsləhəti nə məsələdir? Zəng etdim, dedi, o kağızı polisə aparsan səni 40 gün yubadacaqlar və tezləşdirmək üçün 100 manat istəyəcəklər həmin gün vermək üçün. Dedim bunları etməmək üçün bəs mən nə etməliyəm? Dedi ki, yığ səni vuran adama xahiş elə gəlsin sığortaya, hər ikiniz birlikdə sığortanın ofisində bir yerdə olsanız, birlikdə qol çəksəniz FORMA 4 lazımsız bir sənəd olacaq və cırıb atacaqlar. Dedim yaxşı, gözlə razı salım.
Zəng vurdum həmin adama. Dedim taksinin də pulunu artıqlamasıyla verəcəm, zəhmət olmasa sığortanın ofisinə yaxınlaşın. Razılaşdı və tez də özünü sığorta binasına çatdırdı. İkimiz birlikdə sığortaya daxil olanda oradakılar özləri də təəccübləndi və içəridən mütəxəssis çağırdılar. Yəni görünür ayda bir dəfə belə hadisə baş verir. Əks halda mütəxəssis işçilərin yanında oturardı. Nə isə. Dedi hər iki tərəf burdadır ki? Dedik bəli.
2 sənəd hazırlandı, yanımdakı adam qol çəkdi və dedilər gedə bilərsiz. Mənə də bank kartı verdilər və 3 gün ərzində pulu kartın balansına oturdu. Yol Polisi də qaldı orda gözləyə- gözləyə».
Adama sadə gəlsə də, amma yaralı məsələdir. Uzun sözün qısası: ALDANMAYIN!
Oxuduqdan sonra paylaşmağı unutmayın ki, insanlar bundan xəbərdar olsun …