vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
RƏY, REPLİKA  
09:07 | 22 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kommunistlər «Georgiyev lenti»dən danışdı

Rauf Qurbanov: ««Beşinci kolon» axtarışına çıxan politoloqun özü «Beşinci kolon»un nümayəndəsidir»

Emil SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Bakıdakı səfirliyi tərəfdarlarına və səfirliyə girib-çıxan hər bir kəsə «Georgiyev lenti» paylayır. Bu xəbəri ilk olaraq «Yeni Müsavat» yayıb. Məlumat verən qaynaq iddia edir ki, bunun simvolik mənası var. Bu, Rusiyanın gələcək qələbələrinin işarəsidir, səfirlik diplomatik normaları pozur və ölkəmizə qarşı təxribat aparır.

«Georgiyev lenti» 1769-cu ildə imperatriça II Yekatrina tərəfindən təsis olunub. Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatların üzərinə vurularaq, həmin dövrdə təqdim olunmağa başlayıb. 

Həmin zamanlardan başlayaraq, lentin standartı belədir - 3 qara, 2 narıncı xətt. «Georgiyev lenti» son illərdə bir aksiya kimi yenidən dirçəldilib və onun Rusiyanın sadiq dostlarına təqdim olunması prosesi post-sovet ölkələrində vüsət götürüb. 

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun sözlərinə görə, Rusiya səfirliyi ilə partiya arasında əməkdaşlıq əlaqələri yoxdur. 

AKP lideri qeyd edib ki, onlara «Georgiyev lenti» paylanmayıb və ümumiyyətlə, bu məsələdən xəbərsizdir. Partiya rəhbərinin sözlərinə görə, bu iddialar absurddur və Rusiyanın Dağlıq Qarabağ ərazisini özünə birləşdirmək planı yoxdur:

«Bununla bağlı dəfələrlə müsahibələr vermişəm. Demişəm ki, Rusiya ilə Ukrayna arasında baş verənləri düzgün təhlil etsinlər. Azərbaycan müstəqil dövlətdir. Rusiyanın torpaqlarımızı öz ərazisinə birləşdirmək marağı yoxdur. Buna dünya ictimaiyyəti də imkan verməz. 

Bəzi politoloqlar isə Azərbaycanda «5-ci kolon» axtarışına çıxıb, insanlarda xof yaratmağa başlayıblar. Həmin politoloqun özü «5-ci kolon»un nümayəndəsidir və həmişə qərbyönümlü çıxış edir».

R.Qurbanov qeyd edib ki, Rusiya nəinki torpaqlarımızı özünə birləşdirmək istəmir, Qubada, Xaçmazda öz anklavı hesab etdiyi bəzi kəndləri Azərbaycan ərazisi kimi tanıyıb: «İndi başlayıblar ki, Azərbaycana həmlə gözlənilir, Qarabağ Rusiyaya birləşdiriləcək, rus pasportları paylanacaq. 

Jirinovski kimilərin əlinə imkan veriblər ki, belə danışsın. Rusiyanın bizimlə bağlı heç bir ərazi iddiası yoxdur. Sadəcə, hadisələrin belə vaxtında vəziyyəti gərginləşdirib qıcıq yaradırlar». 

AKP rəhbəri hesab edir ki, Rusiyanı Krımı özünə birləşdirməyə təhrik edən qüvvələr oldu: «Müxalifət Maydanda Yanukoviçin istefasını tələb edəndə, Qərbin aparıcı liderləri, rəsmiləri mitinqçilərin qabağına çıxıb onları fəal olmağa çağırırdılar. Bu gün isə Donetsk, Xarkovda və başqa şəhərlərdə xalq ayağa qalxıb mərkəzi hökumətə etiraz edir, Qərb isə buna göz yumur. Məgər xalq terrorçudur ki, antiterror əməliyyatları keçirirlər? Axı belə yanaşma olmaz». 

Müsahibimiz deyir ki, Rusiyanın indiki hakimiyyətini müdafiə etmir: «Çünki kapitalist-burjua dövlətidir. Amma o ölkədə güclü siyasətçilər var, təhlillər edirlər. İndi başlayıblar ki, Azərbaycanın müstəqilliyi əldən gedir, Qarabağı Rusiyaya birləşdirəcəklər. Rusiyanın «Georgiyev lenti» paylamağa nə ehtiyacı var? Tamamilə absurd iddiadır».