36 milyonluq əmanət təhlükədə!
«Bank of Azerbaijan»ın sıradan çıxarılmasında maliyyə göstəriciləri yox, siyasi mülahizələr əsas götürülüb; bankın sahibi Hafiz Məmmədov radikal sanksiyalara məruz qalıb, banka qoyulan 36 milyon manatlıq əmanətlər batmaq təhlükəsi ilə üzləşib
İqtisadiyyat şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Ölkənin iri banklarından sayılan «Bank of Azerbaijan» son günlərini yaşayır. İki il öncə «Royalbank»da yaşananlar indi bu bankda təkrarlanır. Mediada yayılan məlumatlara görə, son bir neçə gündə «Bank of Azerbaijan»da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankda ciddi maliyyə problemlərinin yaşanması göstərilir.
«Bank of Azerbaijan»dakı mötəbər mənbənin «Azerfax»a verdiyi məlumata görə, bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə göndərmək barədə tapşırıq verilib. «Artıq xeyli müddətdir ki, əməkdaşlara məvaciblərin verilməsi ləngiyir. İşçilərə böyük məbləğdə borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq şəkildə deyirlər ki, bank atıq ayaqda dura bilmir, kim istəyir özünə yeni iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq üzrədir. Bunun göstəriciləri artıq ortadadır».
Mənbə əlavə edib ki, əməkdaşların məvacibi verilməsə onlar pullarını bankın sahibindən tələb edəcəklər.
Bununla yanaşı bankın Ziya Məmmədovun nəzarəti altında olması ilə bağlı məlumatlar yayılır. Ancaq bu məlumat təsdiqlənmir. Düzdür, 2013-cü ilin yanvarına qədər bankın əsas səhmdarı Ziya Məmmədovun oğlu Anar Məmmədov olub – vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan «ZQAN Holding»in (indi adı dəyişərək «Qarant-holding» olub) tərkibində idi. 2013-cü ilin yanvarında isə, A.Məmmədov səhmlərini «Bağlan Group»un rəhbəri, «Hafka» ləqəbli Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda bankın səhmləri belə bölüşdürülüb: Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%) Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%) NEM Holdinq 335 000 AZN (0,67%). A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra bank Qarant-holding-in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur. Bu faktı mediaya aşıqlamasında «Qarant-holding»in İdarə Heyətinin sədri Vaqif Həsənov da təsdiqləyib: «Bank of Azerbaijan» artıq «ZQAN Holding»in tərkibində deyil. Biz payı tərəfdaşımıza - digər səhmdara satmışıq.
Bu, bir neçə fiziki şəxsin daxil olduğu strukturdur. Yeni səhmdarlar yoxdur. Biz inkişaf etmək və sektorların birində birinci olmaq istəyirik. Hazırda holdinq ərzaq sektorunu prioritet hesab edir. Hazırkı mərhələdə holdinq bir neçə bankdan tərəfdaşlıq haqqında təklifi nəzərdən keçirir. Başqa banklar kimi, «Bank of Azerbaijan» da bu prosesdə iştirak edə bilər. Bu, risklərimizin şaxələnməsi üçün edilir. Tərəfdaş bank holdinq üçün zəruri olan bütün bank əməliyyatlarını həyata keçirəcək».
Bu məlumatlar yayıldıqdan 2 gün sonra (məlumatlar mayın 6-da yayılıb, təzib isə mayın 8-də verilib) «Bank of Azerbaijan»nın baş ofisi yayılan xəbərləri təkzib edən bəyanat yayıb. Bəyanatda bildirilir: «Anonim mənbələrə istinadən »Son bir neçə gündə «Bank of Azerbaijan»da kütləvi ixtisarlar aparıldığı və ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxsin işdən çıxarıldığı və buna səbəb kimi bankın ciddi maliyə problemləri yaşadığı göstərilir. «Bank of Azerbaijan» adından rəsmi olaraq bildirmək istəyirik ki, dərc olunan bu məlumatlar və orada yer alan fikirlər həqiqətə uyğun deyil. »Bank of Azerbaijan»nın müflis olması üçün heç bir əsas yoxdur. Bankın vəziyyəti stabildir və adi qaydada öz fəaliyyətini davam etdirir. Bildirmək istəyirik ki, məlumatda yer alan iddialar tam əsassızdır. »Bank of Azerbaijan» Mərkəzi Bankın tələblərinə uyğun olaraq nizamnamə kapitalını 50 milyon manata çatdıran banklar sırasındadır. Bankın məcmu kapitalı isə 50,426 milyon manat təşkil edir.
Bunları nəzər alaraq bildirmək istəyirik ki, bankımız haqqında dərc olunan bu tipli məlumatlar şayiədən uzağa getmir. Bankımızın maliyyə vəziyyəti sabitdir. Biz müştərilərimizi tam əmin edirik ki, vahimə və təlaşa heç bir əsas yoxdur».
Bankın rəsmi təkzibi də yayılan xəbərlərin ciddiliyini azaltmır. Və ortaya ziddiyyətli məqamlar çıxarır. Birincisi, xəbər yalan idisə, niyə təkzib dərhal sonra yox, 48 saatdan sonra verildi? Hətta mayın 7-də günün ikinci yarısında bankın rəsmi mövqeyinin açıqlanacağı gözlənilirdi. Ancaq rəsmi mövqe ilə bağlı tərəddüdlər üzündən təkzib daha 24 saat gecikməli oldu. Halbuki normalda bu məlumatlara anındaca reaksiya verilməli idi. Çünki bu kimi xəbərlər hətta yalan olsa belə, bankların imicini zədələyir və onlara etimadı azaldır. Ancaq bank buna əhəmiyyət verməyərək 48 saat fikirləşməli oldu.
İkincisi, bankın maliyyə göstəricilərinin pozitiv olması onun bağlanmayacağına təminat vermir. Əgər «Bank of Azerbaijan» bankların reytinqində ilk 15-liyə daxil idisə, «Royal Bank» ilk 10-luğa daxil idi. Ancaq bu, «Royal Bankı» lisenziyasının ləğv edilməsinə mane ola bilmədi. Yeri gəlmişkən, «Royal Bank»ka bağlı da bağlanma ərəfəsində belə məlumatlar yayılır, bank isə bunu israrla təkzib etməyə çalışırdı. Deməli, məlumatlara bir qədər ciddi yanaşmaq lazım gəlir və banka qoyulan 36 milyon manatlıq əmanətlər gerçəkdən təhlükədədir. Üstəlik də bankın korporativ müştərilərinin hesabları təhlükə altındadır.
Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən «Royal Bank»da olan 56 milyon manat əmanətdən 40 milyon manatı və ya 71 faizi batmış, bank hesabları bağlanmışdı. Bu qəfil qərar bankın müştərilərinə çox baha başa gəlmişdi. Üstündən 2 il keçsə də, hələ də əmanətçilər pulunu geri ala bilməyiblər. İndi eyni aqibəti «Bank of Azerbaijan»nın müştəriləri yaşaya bilər.
Bankın çökdürülməsinin səbəbi nədir? Axı bankın maliyyə göstəriciləri pozitivdir. Minimum nizamnamə kapitalının həcminə görə, «Bank of Azerbaijan» 42 bank arasında 29-cu yerdədir - 50 milyon manat. Bu göstərici üzrə ən pis durumda olan banklar bunlardır. «AzərTürkBank» (16,3 milyon manat), «AtraBank» (11,5 milyon manat) «AzərKreditBank» (4,3 milyon manat). Göründüyü kimi, «Bank of Azerbaijan» minimum nizamnamə kapitalının həcminə görə, sonuncu sırada qərarlaşan «AzərKreditBank»dan 12 dəfə yaxşı göstəriciyə sahibdir. Ancaq bağlanmaq təhlükəsi ilə sonuncu yox, «Bank of Azerbaijan» üzləşib. Bu o deməkdir ki, bankın sıradan çıxmasında bankın maliyyə göstəriciləri yox, siyasi mülahizələr əsas götürülüb. Deməli, «Bağlan Group»un prezidenti Hafiz Məmmədovu çökdürülməsinə start verilib. Onun hansı səbəbdən sərt cəzalandırılması ilə bağlı məlumat yoxdur. Ancaq bəllidir ki, çox ciddi səhvə yol verdiyi üçün sanksiyalara məruz qalıb. Çünki belə radikal sanksiyalar ciddi səhvlərə görə tətbiq edilir. Belə sanksiyaların cəzasını isə heç bir günahı olmayan bank müştəriləri çəkir. (musavat.com)