Pirverdiyev 2,4 milyona villa alıb
«Azərenerji» sədrinin Bakıda aldığı əmlakla bağlı qalmaqal üzə çıxdı
Ramid İBRAHIMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pirverdiyevin işığını “söndürən” səbəb
Dövlət Komissiyası “Azərenerji”də ciddi nöqsanlar aşkarlayıb ...
-
Pirvrediyevin yox olan etibarı
Prezident İlham Əliyev “Azərenerji”nin rəhbərini qovdu, yerinə ...
-
Pirverdiyev utanıb istefa verəcəkmi?
“Azərenerji”nin rəhbəri “yeni stansiyalar açılır” deməklə “oynayırmış”
-
“Cavab ver, ...”
İlham Əliyev Etibar Pirverdiyevin sözünü kəsdi: “Ölkə niyə qaranlıq bürümüşdü?”
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
«Azərenerji» batır
Xarici borc 1 milyard dollara yaxın artıb
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
-
Terapiyasız şok...
İslahatlar çox gec görünür
-
«Sayğaclara müdaxilə olmayacaq»
«Azəriqaz» tarif artımı ilə bağlı açıqlama verdi
-
Nə, nə qədər bahalaşıb?
Qiymətlərin qalxması nə ilə əsaslandırılır və hansı bazarlara təsirləri ola bilər?
-
Elektrik enerjisi və təbii qazın qiyməti qalxdı
Tarif Şurasının qərarı əhaliyə şamil olunmayacaq
-
Qış rejiminə vaxtından əvvəl keçilə bilər
550-ə yaxın qazanxana, 92 istilik məntəqəsi...
-
«Azəriqaz»la «Azərenerji» ermənilərə işləyir?
Düşmən qabağında dayanan kənd 35 manata görə işıqsız qalıb
-
Pirverdiyev dənizi pirə çevirib
Zirəlilər sahili hasarlatdıran «Azərenerji» prezidentindən ölkə başçısına şikayət etdilər
-
Zakir Həsənov Etibar Pirverdiyevlə...
... hərbi limanı gəzdi
Azərbaycan vətəndaşı Məmmədov Elburus Adil oğlu «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev tərəfindən aldadıldığını deyir. Belə ki, ona məxsus əmlaka görə ödəniləcək 100 min manat vəsait 4 ildir ödənilmir.
Bu barədə E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov Bizimyol.info-ya müraciətində bildirib.
Müraciətdə yazılıb: «Elburus Məmmədova məxsus Bakı şəhər, Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsi, ev 174 ünvanında yerləşən 4 mərtəbəli villa 2010-cu ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən satan tərəf E.Məmmədov, alan tərəf isə «Azərenerji» ASC-nin sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub».
Müraciətdə bildirilir ki, E.Məmmədova məxsus olan villa 2 milyon 300 min manata razılaşdırılıb: «Etibar Pirverdiyev villada olan əşyaları da almaq istədi. Məişət əşyaları 150 min manata qiymətləndirildi. Biz 100 minə razılaşdıq. Ümumi razılaşmaya əsasən villa məişət əşyaları ilə birlikdə 2 milyon 400 min manata qiymətləndirildi. Villa üçün razılaşdığımız məbləğin ödənişi aparıldı. Yəni, mənə 2 milyon 300 min manat vəsait verildi. Etibar Pirverdiyev məişət əşyalarına görə razılaşdığımız məbləği sonra verəcəyinə vəd verdi. Amma, 2010-cu ildən bu günə qədər, mən Azərenerji» ASC-nin sədrindən nə pulumu, nə də mənzil əşyalarımı ala bilmirəm».
Şikayətçi yazır ki, alqı-satqı müqaviləsinə görə, daşınmaz mülkiyyətin qiyməti aşağı məbləğ göstərilib: «Burada məqsəd dövlətə verginin az ödənilməsi idi. Müqaviləyə görə, villanın qiyməti 800 min manat göstərilib».
Fəqan Nəsibov bildirir ki, alqı-satqı məsələlərində iştirak etmiş Etibar Pirverdiyevin qaynı yalan vədlər verib: «E.Pirverdiyevin qaynı Hikmət dəfələrlə Elburus Məmmədova söz verib ki, mənzil əşyalarına görə vəsait ödəniləcək. Ancaq 4 ildir ki, 100 min manat ödənilmir».
«Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyevin Hikmət adlı qaynı ilə telefonla danışdıq. O, əməkdaşımıza bildirdi ki, bu barədə danışmaq istəmir.
P.S. Qarşı təfərin münasibətini dərc etməyə hazırıq. (bizimyol.info)