Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Dünyada LNG-yə tələbat artır
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
-
Əsası 20 il əvvəl qoyulan strateji
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
-
Bakıdan Avropaya yaşıl enerji
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
-
Sıxılmış qaz ixracı artırılacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
-
Yunanlar qaz tapıb
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
-
Qaz qəliz şeydir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
Avropanın ümidi – Bakı qazı
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
-
London ixracatçılar axtarır
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
Qaz gəlirləri 4 dəfə artıb
Gömrük Komitəsi hesabat yaydı
-
Qaz və siyasət…
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
-
Azərbaycan qazının elçıləri
TANAP-dan ikinci qol ayrılacaq?
-
Anbarlar 91 faiz dolub
İsti hava və külək tələbatı azaldıb
-
“Perspektivlər ümidvericidir”
İspaniya Azərbaycanın enerji sektoru ilə maraqlanır
Dünyada «Black Friday» qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də artıq ölkədə böyük bahalaşmaya start verilib. Odur ki, budəfəki yazımda enerji tariflərinin differensiallaşdırılmasına münasibət bildirmək istərdim. Əslində Tarif Şurasının differensial yanaşması və optimal qiymət siyasəti həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir.
Əvvəla, Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Differensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqtisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökumət (hazırda havanın işıqlanması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. Digər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətini ağırlaşmasının qarşısını almaqdır. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovatt, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovatt müəyyən edilib. (Yeri gəlmişkən onu da qeyd edim ki, 2017-ci ilin büdcəsindən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün ayrılacaq vəsait bu il üçün olandan 47,1 milyon manat və ya 21 faiz az proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, gələn il məcburi köçkünlər üçün kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su) güzəştləri də ləğv edilə və ya azaldıla bilər. Bu barədə növbəti yazımda daha geniş bəhs edəcəm). Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi. Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda aylıq norma belə differensialladırılmalı idi: 1 nəfərlik ailə üçün 250 kilovatt, 2 nəfərlik ailə üçün 300 kilovatt, 3 nəfərlik ailə üçün 450 kilovatt, 4 nəfərlik ailə üçün 600 kilovatt, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat. Müqayisə üçün qeyd edim ki, Qirğızıstanda üzvlərinin sayından asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovattdır, Türkmənistanda hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir.
Fikrimcə, Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq.
1) Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslinə ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.
2) Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə borclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq.
3) Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televizor, radio, kompüter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərrüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.
4) İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılıqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə mü və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutmuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.
5) Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq.
Yekun olaraq onu da qeyd etmək istərdim ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər. Çünki, bu məqsədlə imzalanan anlaşma memorandumunda müvafiq qurumlar qarşısına enerji bölməsində islahatların aparılması tələbi qoyulub. Azərbaycan hökumətinə isə islahat deyəndə yalnız qiymət artımını başa düşür.