16:43 | 21 iyun 2013 | Cümə
Məqaləyə 2757 dəfə baxılıb
Şriftin ölçüsü
TDƏŞ başçıları Bakıda
Şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilir
AzerTAc
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanın bəzi diaspor təşkilatlarının “biznesi”
Narkotik satışı, insan alveri, qanunsuz orqan ticarəti...
-
Üç ermənidən diasporumuza dəstək təklifi
İş adamları şovinizmə etiraz olaraq bu addımı atıb
-
“Əvvəlcə strategiya qəbul olunacaqdır”
Nazim İbrahimov: “Əməkdaşlığımız türk dünyasını gücləndirəcək”
-
Prezidentdən TDƏŞ rəhbərlərinə müraciət
İlham Əliyev: “Qloballaşan dünyanın diktə etdiyi hazırkı reallıqlar...”
-
Diaspora Bodrumda toplaşıb...
...ÜAK-ın fəaliyyətini müzakirə etdilər
-
İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Forum Türkdilli Dövlətlər və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı filmin təqdimatı ilə başlamışdır.
Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarından, qeyri-hökumət təşkilatlarından, elm, mədəniyyət və digər yaradıcı qurumlardan nümayəndələr iştirak edirlər.Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyətin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.
Forum Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaqdır.