Üç ermənidən diasporumuza dəstək təklifi
İş adamları Luqanskdakı şovinizmə etiraz olaraq bu addımı atıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Severodonetskdən ziddiyyətli xəbərlər gəlir
İşğaılçılar azot-kimya zavodunu bombalayıb, partlayış baş verib
-
Donbas separatizminin tarixi
8 ildir sönməyən alov şiddətlənmək üzrədir
-
Donbas haqda nələri bilirsiniz?
Donetsk və Luqansk hadisələrinə qısa ekskursiya
-
“İnsan həyatları ilə oynamayın”
Rusiya mülki əhali ilə “məsuliyyətsiz” davranaraq onların həyatını riskə atmaqda suçlanıb
-
“Tamamilə panikadır”
Luqanskdan qaçanlar danışır: “Biz həmişəlik gedirik”
-
Cəhənnəmə ki...
Separatizmə dəstək verənlərin səksəkəli həyatı bitməyəcək
-
Strateji yüksəklik və bir neçə qəsəbə
Ukrayna ordusu Luqanskda hücuma keçdi?
-
«Putini noyabrda cəzalandıracaqlar»
Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?
-
ABŞ separatçılar haqda şərhi onlara layiq bilmədi
Dövlət Departamenti «Malorossiya» yaradılması haqda...
-
Poroşenkonun «Malorossiya»ya reaksiyası
«Ukrayna Donbası öz nəzarəti altına qaytaracaq»
-
«Malorossiya» yarandı
Separatçılara qəfil komanda verildi, Ukrayna torpaqlarında «qondarma dövlət» elan olundu
-
Ukrayna münaqişəsi kəskinləşir
Kuçmanın şübhələri və böyük güclərin müəmmalı oyunları
-
«Ukrayna üçün geriyə yol yoxdur»
«Krım hadisələri başlayarkən məlum olmuşdu ki, ...»
-
Ukraynada nə dəyişdi?
Maydan hadisələrinin 3 ili - Poroşenkonun reytinqi getdikcə azalır
-
Kremlin təxribatı nəyə hesablanır?
Qarabağ ermənilərinə də Rusiya pasportları paylana bilərmi?
-
Kiyevdə yeni etirazlar
Aksiya iştirakçıları Donetsk və Luqanskın blokadaya alınmasını tələb edir
Ukraynada daha üç erməni iş adamı Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib. Ukraynanın Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər.
Bundan əvvəl Azərbaycan diaspor fonduna pul köçürən Robert adlı erməni iş adamına sonradan edilən təzyiqlər nəzərə alınaraq, bu erməni iş adamlarının adları açıqlanmır.
“Erməni iş adamları azərbaycanlıların fonduna maddi vəsaitin köçürülməsi ilə yanaşı, istənilən ictimai və siyasi aksiyalarda dəstək göstərməyə hazır olduqlarını da bildiriblər. Onlar bunu vilayətdəki erməni diasporunun fəaliyyətinə etiraz olaraq etdiklərini bildirib, həmyerlilərini şovinizmdə ittiham ediblər”, - deyə Konqresdən bildirilib.
Qeyd edək ki, ötən ilin sonunda Luqanskda erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürmüşdü.
Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini bəyan etmişdi.
İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirmişdi.
Bu hadisədən sonra yerli erməni və ermənipərəst təşkilatlar tərəfindən Robert və qohumları təhdid olunmağa başlayıb.