Prezident təqaüdünün məbləği artırıldı
Nazirlik geniş açıqlama verdi
Jalə AĞAZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
SMS göndəriləcək...
Müharibədə iştirak edənlərə şad xəbər
-
Anar Kərimov nazir müavini təyin olundu
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
-
“Aşağı maaş yazsanız, …”
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
-
Şəffaf və nəzakətli DOST
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
-
Prezidentdən DOST hədiyyəsi
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
-
Yeni nazirdən tapşırıq
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
-
181 ölüyə pensiya yazılıb?!
Səlim Müslümova şok ittiham
-
Nazirlikdə 6 vəzifə boşdur
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
-
Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
-
“Süründürməçilik aradan qalxacaq”
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
-
Pensiya artımı kimlərə şamil edilmədi?
Nazirlik rəsmi açıqlama yaydı
-
Yeni nazirin yeni hədəfləri
Sahil Babayev: “İlk növbədə ədalətlilik, şəffaflıq ...”
Müharibə əlillərinə verilən prezident təqaüdünün orta aylıq məbləği 68 faiz artıb. Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 876 nəfərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.
Onlardan 182 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər (1000 manat), 12 983-ü şəhid ailəsi (200 manat), 121-i 20 Yanvar faciəsi şəhidlərinin ailələri (300 manat), 159 nəfəri «xalq» fəxri adı alan (100 manat), 1762 nəfəri «əməkdar» fəxri adı alan (60 manat) şəxslərdir. Eyni zamanda, 18 262 nəfər müharibə əlili və onlara bərabər tutulan, 320 nəfər 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan (I qrup əlillər 150 manat, II qrup əlillər 130 manat, III qrup əlillər 100 manat), 629 nəfər Böyük Vətən müharibəsi iştirakçısı olan şəxs (100 manat) Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.
424 nəfər şəxsə isə Azərbaycan Respublikası Prezidentinin ayda 1000 manat olmaqla fərdi təqaüdü ödənilir.
Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 35,3 faiz artaraq 157 manat təşkil edir. O cümlədən bu dövrdə müharibə əlillərinə və onlara bərabər tutulanlara təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 68 faiz, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 67 faiz, fəxri adları olanlar üçün 100 faiz, Böyük Vətən müharibəsi iştirakçıları üçün 81,8 faiz, şəhid ailələri üçün 21,2 faiz artırılıb.
Bununla yanaşı, prezidentin fərmanına əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alan 149 04 nəfər şəxsə də aylıq sosial müavinətdən (67 manat) əlavə olaraq ayda 60 manat prezidentinin aylıq təqaüdünün təyin olunmasına başlanılıb.