vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
13:50 | 26 may 2014 | Bazar ertəsi Məqaləyə 4178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin ikinci böyük sərvəti

Kəmaləddin Heydərovun çox adamın az məlumatlı olduğu «sirri»...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harada çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az bunu nəzərə alaraq «Məşhurların övladları» adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Vaxt.az bildirir ki, rubrikanın budəfəki təqdimatı  Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov barəsindədir. 

Əvvəllər qeyd etdiyimiz kimi, Kəmaləddin Heydərovun iki oğlu var. Nazirin oğlanlarının adı davranışları və fəaliyyətlərinə görə əsasən müsbət yöndə çəkilib.

Böyük oğlu Tale Heydərovun təqdimata ehtiyacı yoxdur. «Avropa-Azərbaycan Cəmiyyəti»nin sədri, «Qəbələ» Futbol Klubunun prezidenti olan Tale Heydərov tez-tez medianın diqqətini cəlb edir, açıqlamalar, müsahibələr verir.

London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diaspor işində ciddi fəaliyyət sahibidir.

Fövqəladə hallar nazirinin kiçik oğlu Nicat Heydərov barəsində isə çox adam çox şey bilmir. Hətta indiyədək onun şəkli bircə dəfə də Azərbaycan mediasında işıq ucu görməyib. O da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Yayılan məlumatlara görə, Nicat Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızını alıb.

Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məlumatlar var. Bildirilir ki, o, «United Enterprises International» Şirkətlər Qrupunun sədr müavinidir. O, həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.

Ötənlərdə Nicat Heydərov atası ilə Türkiyədə səfərdə olarkən, məşhur «Trabzonspor» klubunun ofisinə baş çəkiblər. Burada böyük ehtiramla qarşılanan Heydərovlara «Trabzonspor» klubunun geyim formaları hədiyyə olunub.

Rubrika Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovun Azərbaycan mediasına məlum olmayan fotosunu ilk dəfə dərc edib.