vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
13:46 | 18 iyul 2014 | Cümə Məqaləyə 3190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir kursantları təbrik etdi

FHN Akademiyasında məzun buraxılışı keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının buraxılışı keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplom və leytenant poqonları təqdim edilib. Təqdimatı fövqəladə hallar naziri Kəmaləddin Heydərov edib.

Tədbirdə çıxış edən nazir məzunları və onların valideynlərini təbrik edib. Nazir kursantlara tövsiyələrini də verib: «Əminəm ki, gələcəkdə siz əldə etdiyiniz təcrübə hesabına dövlət mülkiyyətinin və əhalinin təhlükəsizliyini təmin edəcəksiniz. Bu gün Azərbaycanda böyük regional layihələr reallaşdırılır. Onların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərimizə böyük məsuliyyət düşür».

Qeyd edək ki, tədbirin sonunda kursantlar təntənəli marşla keçid ediblər.