vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
18:39 | 29 dekabr 2017 | Cümə Məqaləyə 3169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pilot layihə»yə salınıb, amma…

Bakının Nərimanov rayonunda 4 mərtəbəli bina uçur

Ü.XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15-də yerləşən dördmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Hazırda binada yaşayan 51 ailə real təhlükə qarşısında olduqlarını deyirlər və səksəkə içərisində yaşamaqdadırlar.

Bu barədə virtualaz.org saytına bina sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, bina 1928-ci ildə istifadəyə verilib. Hələ 2011-ci ildən  qəzalı binaların siyahısına daxil edilib. «Bina bir neçə yerdən çat verib, dam örtüyü, eyvan və pilləkənlər sıradan çıxıb. Küləkli havalarda eyvanlardan beton parçalar qoparaq ətrafa yayılır», - sakinlərdən Elşad Hacıyev deyib.

Şikayətçilər bildirirlər ki, binada bir neçə dəfə təmir işləri aparılıb, çatların üzərini suvaqla örtüblər. Amma əksinə,  binanın çatları getdikcə dərinləşib, indi az qala qonşu-qonşunun evinin içini görə bilir.

Sakinlərin müraciətindən sonra Fövqəladə Hallar Nazirliyi binaya baxış keçirib. Nazirliyin rəyindən bəlli olur ki, bina qəzalı vəziyyətdədir və yaşayış üçün yararlı deyil. Bundan sonra əraziyə Bakı şəhər meriyasının və Nərimanov rayonu İcra Hakimiyyətinin nümayəndələri də dəvət olunub.

İcra Hakimiyyətinin nümayəndələri sakinlərə bildiriblər ki, bina  Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə, qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsini nəzərdə tutan «pilot layihə» siyahısına daxil edilib və söküləcək. Bina sökülənə qədər isə eyvanlardan istifadə etməmələri tövsiyə olunub.

«Bizə dedilər ki, binanın söküntüsü nəzərdə tutulub, amma dəqiq tarix açıqlanmır. Ətraf binalarda yaşayanlar qeydiyyata alınıb, söküntü aparılır. Amma bizim bina ilə maraqlanan yoxdur, baxmayaraq ki, binamız yola yaxındır. Nə vaxt köçürüləcəyimizi bilmirik. Küləyin səsi evlərdən eşidilir, hava kəskin soyuyanda nə edəcəyimizi bilmirik», - sakinlər belə deyirlər.