vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
17:54 | 5 may 2014 | Bazar ertəsi Məqaləyə 3675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəmaləddin Heydərovun müavinlərinin sayı artırıldı

Yeni vəzifələrə Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun oğulları təyin olundular

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı sərəncam verib.

Vaxt.az xəbər verir ki, bununla bağlı sərəncamda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»də «dörd müavini» sözləri «altı müavini» sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub.

Eyni zaman prezidentin digər sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, T. Mehdiyev 1973-cü il təvəllüdlüdür. O, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsini tuturdu.

Prezident Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında başqa bir sərəncam da verib.