Nazirin özəl günü
Kəmaləddin Heydərov 53 yaşını tamamladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Birinci vitse-prezident zəlzələ ilə bağlı tapşırıq verdi”
Kəmaləddin Heydərov: “Qəzalı evlərin sakinləri köçürüləcək”
-
Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə
Bakıda ən böyük “Libraff Park Akademiya” kitab mağazasının açılışı və “TEAS Press” nəşrlərinin təqdimatı keçirilib
-
«Xilasedicilər bu il 296 nəfəri xilas edib»
Nazır: «Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb»
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
Nazir 200-yə yaxın şəxsi qəbul etdi
İnsanlar kömək dalınca Kəmaləddin Heydərovun qəbuluna getdilər
-
«FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır»
Nazir-general: «Nazirlik yaradılandan təbii fəlakətlər zamanı insan itkisi olmayıb»
-
Kəmaləddin Heydərov Məsud Kərbasianı qəbul etdi
Fövqəladə Hallar Nazirliyində İranın iqtisadi işlər və maliyyə naziri ilə görüş olub
-
Kəmaləddin Heydərov Qəbələdədir
Fövqəladə hallar naziri-general yanğının söndürülməsi əməliyyatına rəhbərlik edir
-
«Tamamilə əsassızdır»
FHN Kəmaləddin Heydərovun istefası barədə xəbəri təkzib edir
-
«Hər iki tərəf xeyir götürəcək»
Kəmaləddin Heydərov Qətərlə müştərək işlərdən danışdı
-
Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü
Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib
-
Nazir kursantları təbrik etdi
FHN Akademiyasında məzun buraxılışı keçirilib
-
Nazir tikintidə
«Şəmkirçay» anbarı 4 rayonun su problemin tamamilə həll edəcək
-
TEAS-dan xeyriyyə tədbiri
Tale Heydərovla Leyla Əliyeva boks izlədilər
-
Nazir Bərdəyə gedib
Kəmaləddin Heydərov cümə günü vətəndaşlarla görüşəcək
-
Kəmaləddin Heydərov Mark Herevardla görüşüb
UNİCEF-in Azərbaycan üzrə rəhbəri FHN-də olub
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bu gün ad günüdür. O, 53 yaşını qeyd edir.
K.Heydərov 1961-ci il, iyulun 15-də Naxçıvan MR-in Babək rayonu, Çeşməbasar kəndidnə anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə «Xəzərdənizneftqaz» kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası fövqəladə hallar naziri vəzifəsinə təyin edilib. Ailəlidir 2 övladı var.
Kəmaləddin Heydərov təkcə nazir kimi deyil, həm də bəstəkar kimi tanınıb. Populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Azərbaycanın fövqəladə hallar nazirinə məxsusdur. Mahnılarını «Kamal» imzası ilə bəstələyən nazirin nota köçürdüyü bəstələr belə demək olar ki, hətta peşəkar bəstəkarların musiqilərini kölgədə qoya bilir.
Kəmaləddin Heydərovun mahnılarını xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, müğənni Röya kimi tanınmış ifaçılar ifa ediblər. K.Heydərovun özü televerilişlərdən birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını getməsini istəməyib, bəstələr «Kamal» imzası ilə tanınıb.
53 yaşlı nazir 2011-ci ildə ad günündə ölkə başçısı tərəfindən «Şöhrət» ordeni ilə təltif edilib.
Atası Fəttah Heydərov Naxçıvanda mühüm dövlət vəzifələrində çalışıb. 1983-cü ildə Naxçıvan MR mədəniyyət naziri işləyib. Hazırda Milli Məclisin deputatıdır.
Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da Avropa-Azərbaycan Cəmiyyətinin sədri, «Qəbələ» futbol klubunun prezidentidir. London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diaspor işində ciddi fəaliyyət sahibidir. T.Heydərovun həm də böyük biznesə rəhbərlik etdiyi, «Gilan Holding» Şirkətlər Qrupunun İdarə Heyətinin sədri olduğu bildirilir. Holdinqə daxil olan müxtəlif şirkətlər çeşidli məhsullar istehsal edir. Məsələn, Qəbələdki «Gilan» piano fabrikində Azərbaycanda piano istehsalının əsası qoyulub. «Gilan» fabriki 2009-cu ilin sentyabrında 3 pianonun hazırlanması ilə fəaliyyətə başlayıb. Burada «Beltmann» markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada «Beltmann» markalı pianolar yalnız Qəbələdəki «Gilan» fabrikində istehsal olunur. «Gilan» piano fabrikinin rəsmi açılış mərasimi 2010-cu ilin fevralında olub. O zaman prezident İlham Əliyevə fabrikdə istehsal olunmuş piano da bağışlanılıb.
Fövqəladə hallar nazirinin kiçik oğlu Nicat Heydərov da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məlumatlar var. Bildirilir ki, o, «United Enterprises International» şirkətlər qrupunun sədr müavinidir. O, həmçinin aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu həm də mətbuatdakı tənqidi yazılara ən dözümlü nazir kimi də xarakterizə edirlər. Bəzi müxalifət və müstəqil media orqanlarında mütəmadi olaraq K.Heydərov və onun oğlanları haqqında tənqidi fikirlər, sərt ittihamlar yazılsa da o, bəzi məmurlardan fərqli olaraq buna dözümlə yanaşıb, məhkəmələrə müraciət etməyib...