Artıq əcnəbi deyilsiniz
Xarici ölkə vətəndaşlığı olan azərbaycanlıların nəzərinə
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Viza şərtləri sərtləşdirir
Qərb dəyərlərinə hörmət etməyən və cinayət riski yüksək olanlar Britaniyaya buraxılmayacaq
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Azərbaycanda xarici ölkə vətəndaşı olan soydaşların üzərindən əcnəbi statusunun götürülməsi planlaşdırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı artıq ikinci oxunuşda qəbul olunan və üçüncü oxunuşda müzakirəyə hazırlanan yeni Miqrasiya Məcəlləsində xüsusi müddəa əlavə olunacaq.
Məcəllənin 6, 15, 16 və 17-ci maddələrində xarici ölkə vətəndaşı olan azərbaycanlıların üzərindən əcnəbilərə tətbiq olunan müddəalar götürülərək onlara əcnəbi statusu verilməyəcək. Belə ki, məcəllədə əcnəbilərin ölkəyə gəlmək və ölkədən getmək, eyni zamanda miqrasiya uçotu ilə bağlı şərtlər xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün tamamilə yumşaldılaraq yeni status kimi müəyyən olunacaq. Bura ölkədə yaşamaq üçün qeydiyyatın uzadılması, digər əcnəbilərdən fərqli olaraq, yeni əlavə hüquqi imtiyazların verilməsi və az da olsa, tətbiq olunacaq şərtlərin pozulduğu halda, nəzərdə tutulan cərimələrin daha az miqdarda olması daxildir.Məcəllədə açıq formada ifadə olunmasa da, yeni status müəyyənləşərkən, əsasən, Gürcüstanda və Rusiyada yerli vətəndaşlığı olan azərbaycanlılar nəzərdə tutulur. Sənəd məhz bu müddəaların əlavə olunması ilə bağlı hazırda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda və Avropa Şurasının Venesiya Komissiyasında nəzərdən keçirilir.
Məcəllə Milli Məclisin bu ay keçiriləcək xüsusi sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.