vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
22:34 | 15 iyun 2014 | Bazar Məqaləyə 2089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rayonlara yağış yağacaq

Bakıda isə hava buludlu olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı da ehtimal olunur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi açıqlamaya görə, mülayim şimal şərq küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 28-33 dərəcə arasında dəyişəcək.

Bölgələrdən isə gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 30-35, dağlarda 21-26 dərəcə arasında dəyişəcək.