«Özlərini pis vəziyyətə saldılar»
«Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çəkələk ...
Məzarıma nə daş qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun ayağıyalın geyib getsin
-
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
-
“Gözəlləşdikcə xasiyyəti dözülməz olur”
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
-
Səməd Seyidov yenidən vitse-prezidenti seçildi
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
-
«Millət artıq ondan bezib»
Səməd Seyidovdan açıqlama
-
«Yaqland girova çevrilib»
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
-
«Siyasətdə problemin aktuallaşdırılması anlayış var»
Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda
-
«Ermənistan BTQ-yə qoşulmaq istəyirsə, ...»
Elmar Məmmədyarov: «Rəsmi Bakının mövqeyi aydındır»
-
«Yaqland bu gün var, sabah yoxdur»
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
-
MM-də AŞ müzakirələri
«Onlara heç «cənab» sözü də yaraşmır»
-
«Heç kimə əngəl yaratmırıq»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
-
Qardaş deyib uyumayın
İkinci «bayraq böhranı» yaşanmaması üçün çox çalışmaq lazımdır
-
CHP millət vəkillərindən inanılmaz davranış
Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər
-
«Məruzəçilər qərəzli idi»
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
-
Azərbaycan Avropa Şurasından çıxmalıdırmı?
... və əgər çıxarsa, nələr baş verə bilər?
-
«Kimə və nəyə lazımdır?»
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
«AŞPA təəssüflə Azərbaycanda iki il ərzində təşkilatın tədbirlərinin keçirilməməsi qərarını verməyə məcbur oldu. Amma bununla onlar özlərini pis vəziyyətə saldılar».
Vaxt.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Yeni Azərbaycan Pariyasının rəsmi saytına (yap.org) verdiyi müsahibədə bildirib.
AŞPA-nın yay sessiyasından söz açan S.Seyidov prezident İlham Əliyevin sessiyada çıxış edəcəyini bildirib.
«Qarşıdan gələn yay sessiyasında Azərbaycan Prezidenti və xarici işlər naziri iştirak edəcək. Sessiyanın birinci günü xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi çıxış edəcək. Sessiyanın ikinci günündə isə Prezident İlham Əliyevin çıxış edəcəyi gözlənilir. Ümumilikdə, təşkilatın yay sessiyasında bir sıra məsələlər də müzakirə olunacaq.
Əminik ki, bizim sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik. 6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq və bu yöndə müxtəlif tədbirlər keçiriləcək.
Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi gündəmdə olacaq. Bilirsiniz ki, fransalı deputat, AŞPA-nın büro üzvü Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Bakıya gəlməsinə icazə verilmədi. Bu, tamamilə düzgün qərar idi».
Millət vəkili bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi dövründə Qarabağ məsələsi gündəmdə olacaq:
«AŞPA təəssüflə Azərbaycanda iki il ərzində təşkilatın tədbirlərinin keçirilməməsi qərarını verməyə məcbur oldu. Amma bu qərarı verən kimi dərhal həmin qərarını öz komitəsinə göndərdi ki, bu qərar 1949-cu ildə qəbul olunmuş qanuna əsaslanır. 1949-cu ildə qəbul olunmuş qanun isə heç cür normal işləyə bilmir. Ona görə də, həmin qərara yenidən baxılması nəzərdə tutulur. Yəni özləri özlərini pis vəziyyətə saldılar. Buna baxmayaraq, bu qərar bizim ikitərəfli münasibətlərimizə təsir göstərməyəcək. Əksinə, bu məsələ Dağlıq Qarabağ problemini bundan sonra daha fəal şəkildə gündəmə gətirməyə imkan yaradır. Təşkilatda bu yöndə xüsusi müzakirələrin təşkil olunmasına əsas yaranıb. Əminəm ki, belə də olacaq. Təşkilata sədrliyimiz dövründə məsələ diqqət mərkəzində olacaq».