11:06 | 18 iyun 2013 | Çərşənbə axşamı
Məqaləyə 2037 dəfə baxılıb
Şriftin ölçüsü
Dirijorumuz Rusiyanı riqqətə gətirdi
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərliyi ilə Rusiya Akademik Filarmonik orkestri silsilə konsertlər keçirilib
milli.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Musiqi salnaməmizə parlaq səhifələr yazan sənətkar
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illiyi qeyd edildi
-
Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olundu
60 ilə dirijor pultu arxasında dayanan sənətkar bu dəfə orkestri zaldan izlədi
-
Minskdəki opera bayramında biz də varıq
-
Həmişə bizimlə
Ölümün hünəri varsa, Ağaxanın səsini də aparsın!
Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Vasiliy Safonov adına Rusiya Akademik Filarmonik orkestrinin silsilə konsertləri keçirilib. Milli.Az-ın məlumatına görə, konsertlər Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Federal Akademik Filarmoniya tərəfindən təşkil olunmuşdur.
İyunun 12-dən 17-dək Cənubi Rusiyanın möhtəşəm Şalyapin və Skryabin adına salonlarında baş tutan konsertlərdə 4000-ə yaxın insan iştirak etmişdir. Dünya klassik musiqisinin parlaq nümunələrindən ibarət olan konsert proqramı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Əyyub Quliyevin dirijorluğu altında Safonov Filarmonik orkestri dinləyicilərə P.Çaykovski, F.Şubert, C.Rossini və F.Divyenin musiqi aləminin və yaradıcılıq irsinin geniş təqdimatını həyata keçirtmişlər.Çaykovskinin vida əsəri olan 6-cı simfoniyanın ifasından sonra dirijor və orkestr musiqiçiləri səhnəyə dəfələrlə alqışlarla dəvət olunmuşlar. Məşhur “İtalyan kapriççiosu” səsləndikdən sonra isə orkestr dinləyicilərin marağını nəzərə alaraq əsəri yenidən ifa etmişdir. Hər əsər tamamlandıqdan sonra zaldan səhnəyə ünvanlanan “Azərbaycana eşq olsun!”, "Bravo, Bakı!" və “Təşəkkürlər, dirijor və orkestr!” çağırışları Azərbaycan musiqi ifaçılığının nailiyyətini bir daha təsdiq etmişdir.
Konsertlərlə bərabər, Əyyub Quliyev Safonov adına Federal Akademik Opera və Balet teatrında dahi Avstriya bəstəkarı V.A.Mosartın “Fiqaronun toyu” operasına dirijorluq etmişdir. Rəngarəng, həyatsevər və sevgi dolu musiqi bayramına çevrilən tamaşada Rusiyanın tanınmış müğənniləri - beynəlxalq müsabiqələrin laureatları Sergey Maydanov, Yelena Filimonova, Anna Quzairova, Aleksandr Kondakov, Yuliya Kolevatova, Viktor Juravlev və Natalya Qovorskaya iştirak etmişlər. Tamaşa bitdikdən sonra Filarmoniyanın rəhbərliyi Əyyub Quliyevi iyul ayının 6-dan 30-dək keçiriləcək “Raxmaninov Musiqi festivalının” açılışında dirijorluq etmək üçün yenidən Rusiyaya dəvət etmişdir.