«Cərimələri artırmaqla məsələ bitmir»
«Bunlar arzuolunan deyil və əslində onların özlərinə ziyandır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
Azərbaycanda avtomobilin sığortasız idarə olunmasına görə cərimələrin artırılması sığortaya marağı yüksəldəcək və sığorta olunanların sayını artıracaq. Bu barədə yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, cərimələrin artırılmasının əsas məqsədi nəqliyyat vasitəsi sahiblərinin icbari sığortasının kütləviliyini artırmaqdır: «Rəsmi məlumatlara görə, hazırda Azərbaycandakı avtomobillərin yarıdan bir az çoxu (təxminən 53 faizi) icbari sığortalanıb. Bu isə dünyanın əksər ölkələrindəki göstəricidən xeyli azdır, məsələn, Rusiyada bu rəqəm 70 faizdən yuxarıdır».
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən, avtomobillərin icbari sığortasının olmamasına görə cərimələrin məbləği 5 dəfə artırılacaq. Hazırda sığortanın olmasına görə fiziki şəxslər üçün 10 manat olan cərimə dəyişikliklərdən sonra 50 manat olacaq. Vəzifəli şəxslər üçün cərimələr 60-80 manatdan 100 manata, hüquqi şəxslər üçün isə 150-200 manatdan 300 manata qaldırılıb.
Ekspert bildirir ki, cərimələrin artırılması sığorta olunanların sayının artmasına kömək edəcək. Əvvəla cərimələrin yüksəlməsi sığorta məsələsinə yol polisinin diqqətini artıracaq: «İndiyədək fiziki şəxslər üçün cərimə cəmi 10 manat olduğuna görə, DYP əməkdaşları buna o qədər də əhəmiyyət vermirdilər. Bundan sonra isə polislər bu məsələyə daha ciddi yanaşacaqlar. Maşın sahibləri nəzərə almalıdırlar ki, sığorta şəhadətnaməsi olmadıqda və ya sığortanın müddəti bitdikdə onları həmin xətaya görə böyük cərimə gözləyir».
Amma ekspertin fikrincə, təkcə cərimələri artırmaqla məsələ bitmir, icbari sığortanın daha kütləvi xarakter alması üçün həm onun faydası cəmiyyətə daha geniş izah olunmalı, həm də icbari sığortanın bu növü ilə bağlı bəzi problemlər həll edilməlidir: «İcbari sığortadan çəkindirən məqamlardan biri bəzi şirkətlərdə ödənişlərdən əsassız imtina, ödəniş məbləğinin hər cəhdlə azaldılmasına çalışılması, habelə ödənişin qanunda nəzərdə tutulan məbləğinin maksimal məbləğinin azlığıdır».
Ə.Hüseynov bildirib ki, doğrudur, son illər sığorta şirkətləri icbari sığorta hadisələri ilə bağlı ödənişlərdə intizamlılığı xeyli yüksəldiblər. Lakin tək-tək hallarda müxtəlif bəhanələrlə ödənişdən imtina halları var: «Bunlar arzuolunan deyil və əslində həmin şirkətlərin özlərinə ziyandır. Hesab edirəm ki, dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə vahid və obyektiv yanaşma olmalıdır. Bunun üçün sığorta şirkətləri daha sanballı avtotəmir müəssisələri ilə işləməli, alınan detalların, habelə zəhmət haqqının daha real qiymətlərini əsas götürməlidirlər. Belə olacağı təqdirdə, icbari sığorta daha kütləvi xarakter alar».