vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
11:47 | 27 iyun 2014 | Cümə Məqaləyə 1544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrovun erməni kökləri də kömək etmədi

«Heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər. Bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib.


Onun sözlərinə görə, ölkəsi mütləq bu birliyə daxil olacaq. Bu sözdən sonra dediklərini zarafata salıb «heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir».

Abramyan hər şeyin 3 iyulda keçiriləcək görüşdən sonra bəlli olacağını deyib. Bununla yanaşı baş nazir ölkənin birliyə daxil ediləcəyi təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb.

Yerli jurnalistlər müəyyən ediblər ki, son bir neçə gündə Dağlıq Qarabağı hökumət başçısı başda olmaqla bir çox yüksəkçinli ziyarət edib. Bu cür səfərlər təbii ki, təsadüf deyil. Qəzet əməkdaşlarının fikrincə, ola bilər ki, Ermənistanın bu birliyə daxil olacağı təqdirdə yarana biləcək problemlər, heç kimin tanımadığı Dağlıq Qarabağla Ermənistan arasında buraxılış məntəqələrinin yerləşdirilməsi müzakirə edilir.

Ermənistan üçün vacib məsələnin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri zamanı həll ediləcəyi ilə bağlı ümidlər özünü doğrultmadı.

Jurnalistlər qarşısında çıxış edən ölkənin ilk ombudsmanı Larisa Alaverdyan bildirib ki, Sergey Lavrovun erməni kökləri İrəvana yaxşı heç nə gətirmədi: «O, burda çox şeydən danışdı. Amma biz işəyarayan heç nə eşitmədik».

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə Ermənistanın Avrasiya İqtisadi Birliyinə işğal edilmiş Dağlıq Qarabağla daxil olmasının mümkünsüzlüyü barədə məktubu İlham Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.