vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
09:06 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf ki, biz bunu görmürük»

Mustafa Cəmilev: «Qorxuruq, Krım mübadilə puluna çevrilsin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Krım tatarlarının lideri Mustafa Cəmilov «eunews.az »a eksklüziv müsahibə verib. Mustafa Krımoğlu söhbətində bəzi məqamlara aydınlıq gətirib.


- Türkdilli ölkələrdən, xüsusilə də Azərbaycan və Türkiyədən olan gözləntiləriniz nədir?

- Bir qazax kanalında verilişə baxırdım, səhv etmirsə «Tenqri» kanalı adlanır. Orada çox düzgün mühakimə aparılırdı. Deyilirdi ki, Rusiya guya Krıma yerli rusdilli əhalini qorumaq məqsədilə müdaxilə edib. Halbuki, Krımda vəziyyəti ən həssas olan, ən çox ayrı-seçkiliyə məruz qalanların Krım tatarları, yerli Krım xalqı olduğu hamıya bəllidir. Niyə o zaman türkdilli ölkələr öz qardaşları olan Krım tatarlarının müdafiəsi üçün effektiv tədbirlər həyata keçirməsinlər? Əlbəttə ki, hər bir türkdilli dövlət imkanı daxilində bu yöndə güclü tədbirlərə əl atmalıdır. Təəssüf ki, biz bunu görmürük. Azərbaycan və Türkiyə, sağolsunlar, BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün lehinə səs verdilər, referendumu tanımadılar. Bu ölkələr əllərində olanla kömək edirlər. Məni Qazaxıstanın mövqeyi sarsıtdı. Onlar bu qondarma referendumu dəstəklədilər. Rusiyanın ucuz şantajına təslim olaraq onlar Şimali Koreyanın da daxil olduğu quldur ölkələrin sırasına girdilər. Əgər bir ölkə özünü bu cür aparırsa, dünyadan hansı hörməti gözləsin? Hamıya aydındır ki, dünya ictimaiyyətinin, Avropa İttifaqının tətbiq etdiyi sankiyaların əks effekti də olacaq. Ancaq onlar bununla nə isə etməyə can atırlar. İndiki halda bu məsələyə reaksiya verilməyəcəksə, bəlkə gələcəkdə bunun yüz dəfə bahasını ödəmək lazım gələcək? Təəssüf ki, bəzi ölkələr bunu başa düşmür.

Mən İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşmək üçün Səudiyyə Ərəbistanında oldum. İyirmi iki ölkənin (müsəlman ölkəsinin – red.) bitərəf qalması ilə bağlı öz narazılığımı ona bildirdim. Baş verənlərin, XXI əsrdə belə bir quldurluğun olmasının bu ölkələr üçün heç bir əhəmiyyəti yoxdurmu? Görünür, hər birisinin Rusiyadan hansısa asılılığı var. Yaxud da, az qala yüz faiz krımlının Rusiyaya qoşulmaq istədiyini deyən propaqandaya inanıblar. Bəs o zaman niyə maraqlanmayıblar ki, Rusiya Çeçenistanda hansı səbəbdən referendum keçirmədi, çeçen xalqını məhv etmək qərarını verdi?

 

- Belə bir təəssürat var ki, daha bir türkdilli xalq, qaqauzlar Rusiyanın təsir alətinə çevriliblər və Moldovanı Avropa İttifaqı ilə Assosiasiya Müqaviləsi imzalayacağı halda referendum keçirəcəkləri ilə hədələyiblər. Buna münasibətiniz necədir?

- Mən qaqaquzların lideri ilə bir neçə dəfə görüşmüşəm. Təbii ki, qaqauzlar qardaş xalqdır, türk xalqıdır. Mən onlara həmişə deyirəm ki, abxazlar və osetinlər, daha doğrusu onların liderlərinin getdiyi yolla getsələr və Rusiyaya meyl etsələr böyük səhvə yol verəcəklər. Onlara deyirəm, yaxşısı budur Moldova ilə müzakirə edin. Müzakirələr isə Moldova dövlətinin ərazi bütövlüyü çərçivəsində olsun. Təəssüf ki, Rusiya agenturası çox güclü şəkildə fəaliyyət göstərir. Liderlərin ələ alınması və propaqanda üçün böyük vəsaitlər xərcləyir. Bununla belə, biz bu yöndə işimizi davam etdirəcəyik. Yeri gəlmişkən, mən yaxınlarda Moldova səfiri ilə görüşdüm və bu məsələni müzakirə etdik.

Qaqauzların başqanı çox normal və məntiqli insandır. Ancaq onun ətrafında, görünür, Moskva tərəfindən təlimatlandırılan çoxlu adamlar var.

 

- Krım tatarlarının taleyi sanki böyük dövlətləri az maraqlandırır.  Bu, həqiqətən də belədirmi?

- Bizim də bununla bağlı narahatlığımız var. Hal-hazırda bütün diqqət Ukraynanın şərqində baş verənlərə yönəlib. Danışıqların mövzusu Rusiya qüvvələrinin regiondan çıxarılmasıdır. Qorxuruq, Krım mübadilə puluna çevrilsin. Yani «Krımı unudun, ordumuzu geri çəkək». Mən bu narahatlığımı iyunun 3-də prezident Obama və dövlət katibi Con Kerriylə görüşüm zamanı onlara çatdırdım. Onlar məni əmin etdilər ki, heç bir halda Krım məsələsini yaddan çıxarmayacaqlar. Rusiya işğal edilmiş torpaqların axırıncı kvadrat-metrini azad etməyincə Krım məsələsi aktual qalacaq. Biz buna ümid edirik.