«Azəriqaz»ın kadr «siyasəti»
İşdən qovulanlar peşəkarlardır ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Belə getsə kəndlər boş qalacaq...»
Ermənistanla sərhəd bölgənin sakinləri prezident İlham Əliyevdən və Zakir Həsənovdan kömək istəməli olub
-
Soyuq sinif otaqları
Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur?
-
Əhaliyə verilən qazın tərkibinə hava vurulur?
Ekspert hiddətləndi, «Azəriqaz» açıqlama verdi
-
«Azəriqaz»ın ciddi nöqsanları
Qurumun balansında olan əsas vəsaitlərin əvəzsiz olaraq digər hüquqi şəxslərin balansına köçürüldüyü üzə çıxıb
-
«Azəriqaz»da şok faktlar aşkarlandı
İldə 700 milyon kubmetr itki, korrupsiya, daha nələr...
-
«Şahdəniz»də problem yaranıb?
«Azərbaycandan gələn qaz kəsildi, Rusiyadan aldıq...»
-
«Bunlar bizi ələ salırlar»
«Azəriqaz»da qaz yoxdur, həzin melodiya var...
-
Kimdir günahkar?
Bakıda qarşısıalınmaz dəm qazı kabusu
-
«Azəriqaz»da «qara dəlik»
Milyonlarla manatlıq qaz niyə itkiyə gedir…
-
«Azəriqaz» and-aman edir ki, ...
Təbii qazın verilişində niyə tez-tez fasilələr yaranır?
-
6 rayon 8 saat qazsız qalacaq
Bakının bu rayonlarına qaz verilməyəcək
-
«Qonşular olmasa, çoxdan donmuşdular»
«Axşamdan çayniki qoyuruq qazın üstünə, səhər baxırıq ki, hələ qaynamayıb…»
-
Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
-
«Çörəkpulu» və digər imtiyazlar ləğv olunub?
«Qaçqınkom»dan açıqlama
-
Sosial-iqtisadi böhrandan necə çıxaq?
6 bəndlik təklif…
-
Narazılıq kütləviləşir
«Qazı kəsənlər Azərbaycan xalqının qəsdinə durublar»
Əhməd Rəhmanov və Maarif Nabatov Qarabağ müharibəsi əlilləridir. Uzun illər «Azəriqaz» ASC-nin Nəsimi rayon Qaz İstismar Sahəsinin qəza xidmətində işləyiblər. Hər ikisi bir aydan çoxdur ki, İşsizdir.
Vaxt.az virtualaz.org-a istinadən xəbər verir ki, Əhməd Rəhmanov ixtisar zamanı idarə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin pozulduğunu deyir: «17 il o idarədə çilingər işlədim. İyunun əvvəli ixtisara saldılar. Əmək Məcəlləsinin 78 və 79-cu maddələri kobud şəkildə pozulub. Bu maddələrdə göstərilir ki, şəhid ailələri, müharibə əlilləri, başqa imtiyazlılar ixtisar zamanı üstünlüyə malikdirlər və belə işçiləri ixtisara salmaq qadağandır. Bizim idarədə isə bütün əlilləri ixtisara saldılar. İndi də məlum olub ki, bizim yerimizə yeni işçilər götürüblər. İşçiyə ehtiyac var idisə, bizi niyə ixtisara salmışdılar?»
Əhməd Rəhmanovun sözlərinə görə, əlil işçilərin qarşısında şərt qoyulub ki, ya könüllü ərizə yazıb maaşlarının 5 mislini götürüb getsinlər, ya da onlara maaşlarının yalnız 1 misli ödənilməklə onsuz da işdən çıxarılacaqlar: «Bizi işdən çıxarandan sonra qat-qat ağır sahədə iş təklif etdilər. Biz də razılaşmadıq. İndi əllərində bayraq ediblər ki, biz onlara iş təklif etdik, istəmədilər».
Maarif Nabatov da əlildir. Uzun illər həmin idarədə əvvəl sahə rəisi, sonra operator, işdən çıxarılarkən isə qəza xidmətinin növbə rəisi işləyib. İyun ayında işsiz qalıb: «Bizim kimi köhnə, peşəkar işçiləri ixtisara salıb yerimizə gənc, bu sahəni bilməyən adamları işə götürüblər. hamımız banklardan asılı vəziyyətdəyik, hər ay ən azı 2-3 banka kredit ödəyirik. İşimi itirən gün bir çörək sexinə yaxınlaşıb iş istədim, yaşımın 54 olduğunu bilib işə götürmədilər. Dedilər, bizə cavan yaşda işçilər lazımdır. Belə çıxır ki, bu ölkədə yaşı 50-ni ötən adam əl-ayağını uzadıb ölməlidir».
Nəsimi rayon Qaz İstismar Sahəsindən «Azadlıq» radiosuna bildiriblər ki, ixtisara salınmış əlillər «Azəriqaz» ASC-yə qarşı məhkəmədə iddia qaldırıblar. Hazırda onların iddialarına Xətai Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə baxılır. Son sözü də məhkəmə deyəcək.