vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SOSİAL  
15:03 | 19 iyul 2013 | Cümə Məqaləyə 2322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Altı ayda 430 kilometr yol təmir olunub

Avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər artıb

Elvin ƏHMƏDOV, oxu.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib.

Bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Z.Məmmədov bildirib ki, Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib:
“Bakı şəhərində 572,2 kilometr yol əsaslı təmir olunub, 32 yol qovşağı, bu yol qovşaqlarında 35 körpü, yol ötürücüləri və tunellər tikilib. 50 yeraltı və yerüstü piyada keçidləri tikilib, 10 yeraltı piyada keçidi isə təmir olunub. Bu dövrdə Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilib.
Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artıb”.