vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
15:38 | 28 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2632 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda daha çox evi xaricilər alır

Hansı əmlak daha çox alınır, mənzil yoxsa torpaq sahəsi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Xarici vətəndaşlar Azərbaycanda daha çox əmlak almağa başlayıblar. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən «Daşınmaz Əmlak» jurnalı məlumat yayıb. Məlumata görə, 2013-cü ildə xarici ölkə vətəndaşları Azərbaycanda 1854 əmlak alıblar. Bu 2012-ci ilə nisbətən 353 vahid və ya 23,5 faiz çoxdur. Ümumilikdə, son 2 ildə Azərbaycanda xaricilərə məxsus olan əmlakların sayında 50 faizə yaxın artım var.

Əmlakı harada alırlar?

ƏMDK-nin məlumatlarına görə, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı Bakıdır. Ötən il xaricilərə məxsus olan 1854 əmlakın böyük hissəsi, yəni 1135-i və ya 60-dən çoxu paytaxtda yerləşib. Amma getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Əcnəbilərə məxsus əmlakların arasında regionların payı artmaqdadır. Belə ki, 2 il əvvəl - 2011-ci ildə xaricilərə məxsus olan əmlakların cəmi 29 faizi regionlarda idisə, indi bu rəqəm 39 faizə çatıb. Konkret regionlara gəlincə, xaricilər ən çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verirlər. Belə ki, əcnəbilər Xaçmazda 172 əmlak, Zaqatalada isə 124 əmlak alıblar. Sonrakı yerləri Sumqayıt (91 əmlak), Yevlax (69 əmlak) və Şəmkir (51 əmlak) tutur.

Mənzil, yoxsa torpaq sahəsi

Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlak təbii ki, mənzillərdir. Əcnəbilərə məxsus olan əmlakların 1188-i və ya üçdə ikisi mənzillərdir. Xaricilərin maraq göstərdiyi əmlak növləri arasında ikinci yeri fərdi yaşayış evləri tutur - hər 5 əmlakdan biri fərdi evlərdir. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Quba-Xaçmaz zonasında alıblar - 99 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Zaqatala-Balakən (68 ev) və Bakı (63 ev) tutur. Əcnəbilərə məxsus olan torpaq sahələrinin sayı 220-dir. Fərdi evlərdə olduğu kimi, torpaq sahələrində də xaricilər ən çox Quba-Xaçmaz (54 torpaq sahəsi) və Zaqatala-Balakən (48 torpaq sahəsi) zonalarına üstünlük verirlər. Xaricilərə məxsus torpaq sahələrinin sayına görə sonrakı yeri Şəmkir tutur - 34 torpaq sahəsi. 2012-ci illə müqayisədə xaricilərin torpaq sahələrinə marağı daha çox artıb – 63 faiz. Fərdi yaşayış evlərinin sayı 40 faiz, xaricilərə məxsus mənzillərin sayı isə 16 faiz yüksəlib (Fins.az).