vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
14:31 | 28 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ» Avropada, ...

... azarkeşlərisə «qara bazar»da mübarizə aparır

İlkin MURADOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın oyununda yenə bilet alveri başlayıb. Virtualaz.org saytı xəbər verir ki, həmişə olduğu kimi «Qarabağ»ın Avropa kuboklarındakı oyunları zamanı bilet satışlarında özbaşınalıq davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunun kassalarındakı biletlər oyuna bir neçə gün qalmış qurtarıb. Yəni belə elan verilib. Bu isə təbii olaraq inandırıcı deyil.

«Qarabağ»ın və ümumiyyətlə, Azərbaycan klublarının və millisinin oyunlarını stadiondan izləyən hər bir kəsə bəllidir ki, stadionların qarşısında şıdırğı alver gedir, «qara bazar» satıcıları yüzlərlə, minlərlə bilet satır. Əgər bu biletlər oyuna bir neçə saat qalmış stadion qarşısında satılırsa, bəs kassalarda olan biletləri kim və necə alır?

Hər dəfə yaşanan bu problemin səbəbləri yenə də eynidir. Belə ki, bilet alveri 3 tərəf arasında həyata keçirilir. Bunlar kassada oturan satıcı, bəzi polis əməkdaşları və bileti ikinci əldən satan şəxslərdir.

Satış bu şəkildə həyata keçirilir. «Qara bazar»ın satıcıları əvvəlcədən razılaşma əsasında biletləri kassadan alır və kassada oturana «hörmət» edir. Daha sonra isə polisə «hörmət» edir ki, ondan başqa heç kimə bilet satışına icazə verməsin. Beləliklə də bu üçlüyün əvvəlcədən planlanan işbirliyi kassalarda biletlərin 3-4 gün əvvəldən satılıbmış kimi göstərilməsinə səbəb olur.

Kassalardan alınan 1 və 2 manatlıq biletlər oyundan bir neçə saat əvvəl 3-5 manata satılır.

Oxucularımıza təqdim etdiyimiz bu fotodan da görünür ki, polislə bilet alverçisi razılığa gəlmək üçün danışıqlar aparır. Göy köynəkli şəxs alverçidir. O, kassadan aldığı biletləri stadionun qarşısında baha qiymətə satmaq üçün polislərdən «razılıq» alır.

İyulun 30-da «Qarabağ» Avstriyanın «Zalsburq» klubu ilə tarixi oyuna çıxacaq. Hər bir azərbaycanlı bu oyunu həyəcanla gözləyir. Biletlərin qiyməti də çox yaxşıdır. 1-2 manata olan biletləri imkanından asılı olmayaraq hər azarkeş ala bilər. Lakin buna imkan vermirlər.

«Qarabağ» klubunun rəhbərliyi bu işdə məsuliyyət daşımır. Polis isə ikiqat məsuliyyət daşıyır. Həm təhlükəsizliyi təmin etmək, həm də «qara bazar»da bilet satışının qarşısını almaq onun birbaşa vəzifəsidir. Lakin ikinci məsələdə də polislərin adı varsa, deməyə söz qalmır...

Yada salaq ki, bu il yanvarın 1-dən Azərbaycanda küçə ticarətinə qadağa qoyulub. Lakin metro qarşısında polislərə 1-2 manat verib gün ərzində limon, göyərti satanlar varsa, futbol həyəcanı qabağı da belə halların yaşanması normaldır…

Bütün bunlara baxmayaraq «Qarabağ»ı bu möhtəşəm oyunda dəstəkləməyə gələnlər olacaq. Ötən illərdə olduğu kimi bizə Avropa oyunlarında qələbə sevinci yaşadan «Qarabağ» minlərlə azarkeş qarşısında iyulun 30-da saat 20:30-da «Zalsburq»u qəbul edəcək.