vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ŞOU BİZNES  
21:31 | 2 avqust 2014 | Şənbə Məqaləyə 5336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsgər ölməyə gedib də...»

Elşad Xose xalqı təhqir etdi: «Bu gün Nabranda əyləncə də keçirəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Reper Elşad Xosenin bu gün paylaşdığı fotosu qalmaqala səbəb olub. Hovuzda çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirən və «Çim-çim» yazan Xose izləyicilərin sərt tənqidi ilə qarşılaşıb.

Belə ki, Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir gündə  həmin fotonun paylaşılmasının düzgün olmadığını deyən ziyarətçilər reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını deyib: «Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də...  Qaçqınlar indi «xod gedir». Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?».

Qeyd edək ki, əməkdaşımız məsələylə bağlı E.Xose ilə əlaqə saxlayıb. Reper şərhləri özünün yazdığını etiraf edib. (axsam.az)