vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:46 | 3 avqust 2014 | Bazar Məqaləyə 3214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atəş bölgəsində göydən də «od yağacaq»

Silahların susmadığı ərazilərimizdə 37 dərəcə isti olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaxt.Az Ekologiya və Təbii sərvətlər Nazirliyinə istinadən xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 32-37° isti, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacaq.

 

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 20-25°, gündüz 34-39° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.