vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
11:26 | 29 iyul 2013 | Bazar ertəsi Məqaləyə 2335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfirimiz Vaşinqton meri ilə görüşüb

Elin Süleymanov 2015-2017-ci illərdə Bakıda keçiriləcək olimpiadalardan danışıb

İradə CƏLİL, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iyulun 26-da Vaşinqton şəhərinin meriyasını ziyarət edərək, şəhərin meri Vinsent Qrey (Vincent Gray) ilə görüşüb. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Görüşdə ABŞ paytaxtının merinə Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı barədə məlumat verilib və bu kontekstdə cari il may ayının sonunda Azərbaycan paytaxtında baş tutmuş Amerika-Azərbaycan Forumunun işindən söz açılıb. Eyni zamanda, ölkəmizdə, xüsusilə Bakıda aparılan yenidənqurma və abadlaşma işləri sahəsində əldə olunan nailiyyətlər Vaşinqton merinin diqqətinə çatdırılıb. Səfir E.Süleymanov həmçinin Azərbaycan paytaxtının çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və o cümlədən 2015-ci ildə birinci Avropa olimpiya oyunlarını, daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşdığını bildirib.
Öz növbəsində Vincent Qrey rəhbərlik etdiyi şəhərin dinamik bir tərəqqi dövrü yaşadığını və paytaxt əhalisinin davamlı olaraq artmaqda olduğunu göstərib və bunun da öz növbəsində yeni işgüzarlıq imkanları və perspektivlərinin yaranmasını təşviq etdiyini söyləyib. Mer Qrey Vaşinqtonun da həyatında idman fəaliyyətlərinin mühüm yer tutduğunu deyərək, bu günlərdə paytaxtı təmsil edən futbol komandası üçün yeni bir stadionun inşası üzrə razılaşmanın əldə olunduğunu misal gətirib. Səfir E.Süleymanov rəhbərlik etdiyi diplomatik missiyanın Vaşinqtonun ictimai və mədəni həyatına ardıcıl surətdə töhfə verməyə çalışdığını qeyd edərək, Səfirliyimizin meriyanın şəhər məktəblərinin himayəsinə dair proqram çərçivəsində An Biers (Anne Beers) ibtidai məktəbi ilə əməkdaşlıq etdiyini söyləyib. O, bundan əlavə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda məktəblərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri barədə danışaraq, ötən iyun ayında Fond tərəfindən Merilend Ştatının Montqomeri dairəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə edilmiş xeyriyyə yardımına istinad edib.   
Bundan başqa Vaşinqton meri ətraf mühitin müdafiəsi ilə bağlı şəhərdə həyata keçirilən layihələrdən bəhs edərək, Səfirliyi bu təşəbbüsdə iştirak etməyə dəvət edib.  İstinad edilən layihələrin əhəmiyyəti ilə bağlı merin fikirlərini bölüşən səfir E.Süleymanov öz növbəsində 2011-ci ildə Azərbaycanda start verilmiş “IDEA” beynəlxalq ətraf mühit dialoqu haqqında söz açıb.