vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
11:57 | 3 sentyabr 2014 | Çərşənbə Məqaləyə 1988 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

YAP-çı deputat iki naziri «vurdu»

«Bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız, yemiş, pomidor, xiyar, göyərtilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manat, Gürcüstan sortu isə 1 manat 50 qəpikdən ucuz deyil. Kələmin 1 kiloqramı 1 manat, soğan 70-80 qəpiyə alıcı gözləyir.

Kənd Təsərrüfatı Nazirliyi isə hər zaman açıqlamalarında məhsulların kifayət qədər, hətta lazım olandan da artıq olduğunu bildirir.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov da bu fikirdədir: «Həqiqətən məhsul boldur. Sadəcə həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir».

Deputat həmişə olduğu kimi, Naxçıvandakı durumu misal gətirib. «Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. İqtisadi İnkişaf və Sənaye Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə məhsul yoxdur, yalançıdır.

Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir», - deyə Komitə sədri vurğulayıb.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadi inkişaf naziri isə Şahin Mustafayevdir.