vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
11:16 | 29 oktyabr 2012 | Bazar ertəsi Məqaləyə 2802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qaçın!»

(Polisin dağıtdığı mitinqdə qaçmağı özünə ar bilən cavanlara)

Azər QARAÇƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanrı polisin dəyənəyindən qaçan heç bir kəsi qınamır. Harda görsəniz ki, polisin dəyənəyi sizə dəyə bilər, qaçın! Adamların qınağına baxmayın, adamlar yanıla bilərlər. Siz Tanrıya baxın. Tanrı polisin dəyənəyindən qaçan heç bir kəsi qınamır.

Harda polisin dəyənəyi sizə dəyə bilərsə, qaçın.
Tanrı heç vaxt yanılmır.
Tanrı sizin özünüzü qorumağınıza pis baxmır.
Mən sizə heç kimin demədiyini deyirəm.
Həmişə şərə qarşı olun, amma özünüzü qoruyun, imkanınız çatsa, başqalarını da qoruyun.
Harda polisin dəyənəyi sizə dəyə bilərsə, qaçın. Başqalarına da qaçmağa kömək eləyə bilərsizsə, eləyin.
Adamların qınağına baxmayın, adamlar yanıla bilərlər.
Mən sizə heç kimin demədiyini deyirəm.
Mən sizi qorumaqdan ötrü öz şöhrətimdən imtina eləmişəm.
“İmtina” balaca sözdü, mən sizi qorumaqdan ötrü öz şöhrətimə tüpürmüşəm.
Mən sizin ağrılarınız üstündə gələn hər bir şöhrəti rədd eləyirəm.
Mən bunu sizin bütün həyatınızı öz şöhrətinə qurban verməyə hazır olan adamların arasında ola-ola eləyirəm.
Qoymayın şöhrət görməmişləri sizin ətinizi yesinlər. Özünüzü qoruyun. Küyə getməyin.
Həqiqəti deməkdən, bir də doğru olanı eləməkdən çəkinməyin. Fikirləşməyin ki, adamlar sizi qınaya bilər, şöhrətiniz azala bilər. Rədd olsun o şöhrət! Onu rədd eləyin.
O şöhrət Tanrıdan yox, şeytandan gəlir. Mən bunu öz şöhrətimin başqalarının ağrıları üstündə gəldiyini duyanda başa düşmüşəm. Mən bunu öz şöhrətimi həqiqətə qurban vermək istəmədiyimi görəndə başa düşmüşəm.
Şöhrəti yox, həqiqəti seçin.
Sözün düzünü deməkdən qorxmayın. Adamların qınağından qorxmayın. Düz olun, düz əyrini kəsir.
Harda polisin dəyənəyi sizə dəyə bilərsə, qaçın. Bu, doğru hərəkətdi, doğru olanı eləməkdən çəkinməyin.
Mən sizə heç kimin demədiyini deyirəm.
Siz düz yoldasınız. Tanrı sizin şərə qarşı çıxmağınızı alqışlayır.
Tanrı sizi alqışlayır, amma gərək özünüzdən də muğayat olasınız.
İmkan verməyin şeytan qarovulçuları sizi dəyənəkləsin.
Gördünüz üstünüzə polis gəlir, qaçın.
Qaçın! Tanrı sözün düzünü deməkdən çəkinməz. Mən də Tanrıya qoşulub sizə düzünü deyirəm.
Tanrı sözün düzünü deməkdən utanmaz.
Mən utanmıram.
Siz də utanmayın – harda polisin dəyənəyi sizə dəyə bilərsə, qaçın.
Şöhrəti düşünməyin, şöhrəti düşünmək şeytandan gəlir.
Şöhrəti düşünən – şərə qarşı mübarizəsində səmimi ola bilməz.
Şöhrəti düşünən nə biləcək niyə şərin əleyhinə çıxır – adamlar onu tərifləsin deyə, yoxsa ürəkdən şərin əleyhinə olduğuna görə.
Adamların sizi tanımağını neyləyirsiz, qoy sizi Tanrı tanısın.
Adamların sizi şöhrətləndirməyini neyləyirsiz, qoy sizi Tanrı şöhrətləndirsin.
Şöhrəti düşünməyin ki, şöhrətiniz Tanrıya çata bilsin.
Polisin dəyənəyindən qaçmayanda da heç olmasa bunu şöhrətə görə yox, adamların qınağına görə yox, eləcə özünüz belə qərara gəldiyinizə görə eləyin.
Amma belə eləməyin.
Mən sizə heç kimin demədiyini deyirəm.
Harda polisin dəyənəyi sizə dəyə bilərsə, qaçın!
Tanrı polisin dəyənəyindən qaçan heç bir kəsi qınamır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)