
Dağıstanda polisə silahlı hücum
Ölən və yaralananlar var
Ölən və yaralananlar var
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
Məlumat verənlər, basqınlar, telefon dinləmələri... – istintaqın əhatə dairəsi genişlənir
... Yaxud Tanrı yoxdursa, nə var?
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Yaşlı qadın cərimədən necə yayındı?
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Xüsusi əməliyyat polisi hakim partiyanın bağçasında intihar edib
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Hər 5 dəqiqədən bir təcili yardım xidmətinə hücum edilir
Heç kim üç kritik peşəyə maraq göstərmir
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Almaniya hüquq mühafizə orqanları əməkdaşları arasında irqçilik artır
Filosof dindən, mənəviyyatdan danışa bilərmi, yaxud fəlsəfəni gettolaşdırmaq istəyənlər haqqında
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze iyulun 12-də bu ölkənin Azərbaycanla sərhədində tutulan 3 ton heroinlə bağlı bəyanat verib. Virtualaz.org saytı xəbər verir ki, Aleksandr Çikaidze narkotikin əfqan mənşəli olduğunu, Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini deyib.
Gürcü nazirin sözlərinə görə, narkomafiya 3 ton heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıbmış. Lakin aylarla davam edən əməliyyat buna mane olub. Narkotik maddəni daşıyanlar Gürcüstan DİN əməkdaşları tərəfindən saxlanılıb.
«İstintaq maraqlarından çıxış edərək mən informasiyanın ancaq bir hissəsini açıqlaya bilərəm. Bu, əfqan narkotikidir, Gürcüstana İran və Azərbaycan üzərindən daxil olub, buradan isə artıq Avropaya çatdırılmalı idi. Narkotrafikin izinə düşməyimiz bizim əməkdaşların aylarla davam edən işinin nəticəsidir» - deyə Gürcüstanın daxili işlər naziri bildirib.
A.Çikaidze əməliyyatda iştirak edən hər kəsə təşəkkür də edib: «Bu, misli görünməmiş haldır və hesab edirəm ki, heç də bütün nazirlər, nazirliklər bu cür iri partiyada narkotikin ələ keçirilməsi ilə fəxr edə bilməzlər».
Narkotrafikdə iştirak edən digər şəxslərin Gürcüstanda olduğunun mümkünlüyünü deyən A.Çikaidze hazırda istintaq getdiyini, detalların isə yalnız istintaq yekunlaşandan sonra açıqlanacağını bildirib. Daxili işlər naziri narkotikin Azərbaycan sərhədindən «əməliyyat tədbirləri çərçivəsində buraxıldığını» da vurğulayıb.
«Şübhəsiz ki, ABŞ Dövlət Departamentinin 2012-ci il hesabatı ilə müqayisədə vəziyyət dəyişib. Biz narkotiklərlə daha fəal mübarizə aparırıq, fakt ortadadır. Bir neçə səs-küylü işin üstü açılıb» - deyə A.Çikaidze əlavə edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroinin sərhəddən necə keçdiyinə aydınlıq gətirmirdi. İndi isə Gürcüstan daxili işlər naziri açıqlayır ki, bazar dəyəri yüz milyonlarla dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və planlı şəkildə buraxılıb.
O zaman ritorik sual yaranır: yaxşı olmazdımı ki, 3 ton heroini elə Azərbaycan DİN-i saxlayardı və indi Çikaidzenin əvəzinə onun Bakıdakı həmkarı fəxr edərdi?