«Azı 5 dəfə şişirdilib»
SOCAR-ın yeni binası neçəyə başa gələcək?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müftə benzin verəndə yaxşı idi?
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
Azərbaycanda qaz hasilatı artıb
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
-
Qazancın yarıdan çoxu İsveçrədən gəlib
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
-
SOCAR-ın daxili borclanması artır
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
-
Azərbaycanın strateji tərəfdaş olan ilk Aİ üzvü
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
-
“Artan tələbatı ödəmək imkanımız var”
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
-
“SOCAR Petroleum” cərimələndi
27 412 962 manat
-
İslahatlara ehtiyac var
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
-
Rövnəq Abdullayev neftdən uzaqlaşdırıldı
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
Rəsmi Tiflis işğalla barışmağa hazırdır
Rusiyaya da elə bu lazımdır
Dünəndən sosial şəbəkələrdə Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) Heydər Əliyev prospektində tikilən yeni binasının qiymətinin 1,5 milyard dollar olması haqda qızğın mübahisələr səngimək bilmir.
Bununla bağlı Caspian Barrel-in sorğusuna cavab verən SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev bildirib ki, «sözügedən qiymət reallıqdan ən azı 5 dəfə şişirdilib».
Şirkətin yeni binası Türkiyənin «Tekfen Construction and Installation Co.» tərəfindən həyata keçirilir. «Biz həmin şirkətlə müqaviləni 2010-cu ildə 235 milyon 400 min dollara bağlamışıq», deyə SOCAR sözçüsü bildirib.
Nizaməddin Quliyevin sözlərinə görə, hazırda bu qiymət bir qədər artıb, çünki binanın ətrafında əlavə işlərin görülməsi zərurəti yaranıb. Buna görə də binanın təhvil verilməsi də hazırda 2015-ci ilin birinci yarısına planlaşdırılır.
SOCAR-ın binası 42 mərtəbəlidir. Onun 2 mərtəbəsi yerin altındadır. 3 mərtəbəsi təsərrüfat xarakteri daşıyır. Binanın ümumi sahəsi 100 min kvadrat metrə yaxındır ki, bundan da zirzəmi və təsərrüfat sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir.
Bu bina 2200 nəfərin eyni zamanda çalışması üçün nəzərdə tutulub. Layihəyə görə binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.
Qeyd edək ki, Tekfen şirkətinin saytında bildirilir ki, SOCAR-ın yeni ofisinin tikinti işlərinə 2010-cu ilin iyununda başlanılıb. Qrafikə uyğun olaraq tikinti işləri sentyabrın 30-da ildə başa çatıb. Hazırda tamamlama işləri gedir.
Tekfen şirkəti saytında bu işlərin qiymətini hazırda belə göstərib: $328 mln (vergilər daxil).
SOCAR-ın müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanmış və bununla bağlı müsabiqə elan olunmuşdu. Layhiəylə bağlı dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılmışdı.
Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtınarxitekturasına, habelə SOCAR-ın qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın «Heerim Architects & Planners Co. Ltd» şirkəti tərəfindən təqdim olunan «külək-alov» konsepsiyası daha cəlbedici hesab edilib. 2007-ci ilin sentyabrında SOCAR ilə layihələndirmə müsabiqəsinin qalibi olan «Heerim Architects & Planners Co. Ltd» şirkəti arasında müvafiq müqavilə imzalanıb.
2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında «Tekfen İnşaat və Təchizat» şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini «Heerim» şirkəti həyata keçirir.