vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
21:11 | 19 dekabr 2014 | Cümə Məqaləyə 3757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlət çevrilişi edəcəkdilər...»

Tənzilə Rüstəmxanlı: «Allah İlham Əliyevdən razı olsun, yoxsa …»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azəri-Türk Qadınlar Birliyinin sədir, deputat Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı adının Türkiyədəki son həbslərdən sonra gündəmə gələn «Taşviyecilər» qrupunun dosyesində keçdiyi haqda xəbərlərə münasibət bildirib.

T.Rüstəmxanlı interpress.az-a açıqlamasında deyib ki, Gülən camaatının Azərbaycan üçün böyük təhlükə olduğunu hələ 2008-ci ildə deyirdi. Və bu mövqeyinə görə onun adı prokuror Zəkəriyyyə Özün «Ergenekon» dosyesində yer almışdı.

«Gülən camaatı dövlət üçün təhləkədir» dedik, səsimizi kimsə duymadı. Gülən camaatının Azərbaycanda çox güclü olduğunu o zaman daha aydın gördüm. Az qala bizi mühakiməsiz edam edəcəkdilər. Yəqin ki, Türkiyə vətəndaşı olsaydım məni çoxdan həbs etmişdilər. O zaman Türkiyə hökumətinin də işinə gəlirdi. Gülən şəbəkəsinin Azərbaycan ayağı, xüsusilə, «Zaman» qəzetinin Azərbaycan qanadı bizi qəzetlərində manşetdən verirdilər, camaatın köləsi olmuş jurnalistlər - hansı ki, heç bir əzizinin həbsdə olmasına könlümün razı olmadıqları- bizim həbs olunacağımız anı səbirsizliklə gözləyirdilər. Gülənin maliyyəsinin işıltısına kor olan millət vəkilləri bizə salam verməyə belə qorxurdular ki, onlara da «ergenekonçu» deyərlər. Türkiyəli Türklərin çox gözəl bir sözü var : «Kəsər dönər, sap dönər, gün gələr hesab dönər»-Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, Ədoğan höküməti 17 dekabr olaylarından sonra ayıldı ki, bunlar burunlarının ucuna qədər gəliblər.  Dövlətin bütün strukturları onların əlinə keçib. Polis, məhkəmə, parlament, media, məktəb, universitet tamamilə onların əlindədir və Әrdoğanı həbs etmələri an məsələsidir. Çünki ABŞ belə istəmişdi.

Sitat: «Biz nə deyirdik? Deyirdik ki, bunları təmizləyin, bunlara bu qədər imkan verməyin, bunlar Azərbaycan dövlətinin başına bəla olacaq. Hətta iş o yerə çatmışdı ki, burada belə bizi hədələyirdilər. Bunların necə bir təhlükə olduğunu mən Xocalı soyqırımının 20 illiyində İstanbulda, «Taksim»də bir daha gördüm. Elnur Aslanov və Ceyhun Osmanlının qol-qola girərək, Xocalını Hama və Humusla eyni sıraya qoymaları, Sabir bəyin və mənim etirazımıza baxmayaraq yenə də eyni afişi yazmaları və xərclənən pulların qaranlıq taleyi... Biz nələrə şahid olmadıq ki... Bir də bunların kulislərdə «Azərbaycanda 2015-ci il parlament seçkilərini biz keçirəcəyik» havaları... 

Allah Prezidentimiz İlham Əliyevdən razı olsun, zamanında bu məsələyə əl qoydu və tədbir gördü, yoxsa sabah «Amerika istəyir» deyə, Azərbaycanda dövlət çevrilişini göz qırpmadan edərdilər».

Bu gün yenə qəzetlərin manşetindəyik, yenə də bizi hansısa terror örgütünə bağlayırlar. Amma bu dəfə hədəfi çaşdırmaq istəyirlər, Türkiyədə həbs olunan «paralelçilər»in, yəni «gülənçilər»in ələ keçirilən sənədlərinin içindən bizim də ismimiz çıxıb. Biz onların düşməniymişik və bizi həbs etmək istəyiblər...

Əlbəttə, mənim adım onların dosyelərindən çıxacaq. O dosyelərdən onların millət vəkili dostlarının, ana-oğul imamların adları çıxmayacaq ki... Mən onların əzəli düşməniyəm, çünki...»