vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
13:34 | 5 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 3078 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manat avronu keçdi

Qitə valyutasının məzənnəsi 9 illik ərəfədə minimuma endi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 2006-ci ilin mart ayından sonra ən aşağı həddə düşüb. «Report«un «The Wall Street Journal»a istinadən verdiyi xəbərə görə, avronun dünya valyuta bazarında ucuzlaşmasi 2014-cü ilin dekabr ayından «trend» halı alıb. Ekspertlər buna səbəb kimi Avropa Mərkəzi Bankının sədri Mario Draginin 2015-ci ildə yumşaq pul siyasətinin keçirilməsinin yüksək ehtimalları barədə bəyanatını göstərirlər. Bu isə Avrozonaya daxil olan ölkələrdə deflasiya riskinin artması və bundan bilavasitə yaranan iqtisadi aktivliyin zəifləməsi riskinin qarşısını almaq məqsədi ilə planlaşdırılır.

Bununla bağlı, Avropa Mərkəzi Bankı dövlət istiqrazlarını almaqla dövriyyədə olan pul kütləsini artırmaq və inflasiyanı məqbul həddə qaytarmaq niyyətindədir. Bu səbəbdən bazardakı gözləntilər avronun ucuzlaşmasına gətirib çıxarıb.

Eyni zamanda, Yunanıstanda keçirilməsi planlaşdırılan parlament seçkilərində millətçi «Siriza» partiyasının qələbə qazanmasının yüksək ehtimalı və bununla bağlı ölkənin Avrobloku tərk etmək riski avronun stabilliyi barədə şübhələri artırır.

Qeyd edək ki, Azərbaycanda avronun rəsmi məzənnəsi bu gün 0,9367 manat təşkil edib. Bu, 2006-cı ilin mart ayından sonra ən aşağı göstəricidir. Bu, ötən müddət üçün avronun orta məzənnəsindən (1,1061 AZN/EUR) 15,3 faiz, 2014-ci ilin orta məzənnəsindən (1,0413 AZN/EUR) isə 10 faiz azdır.

Məlumat üçün bildirək ki, son 9 ildə Azərbaycanda vahid Avropa valyutasının rəsmi məzənnəsinin maksimal həddi 1,3269 manat, minimumu isə 0,9367 manat olub.