vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
22:08 | 20 noyabr 2022 | Bazar Məqaləyə 918 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təzə düzənə doğru ...

“Yaxın illərdə yeni iqtisadi-siyasi birliyin formalaşacaq”

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dünyanın düzəni dəyişməyə niyə məhkumdur?

Əgər:

– hər gün dünyada 22,000-dən çox uşaq aclıq və qida çatışmazlığından ölürsə, hər il 2.5 milyondan çox uşaq insan alverçiləri tərəfindən müxtəlif məqsədlər (dilənçiliyiə, əxlaqsızlığa, terrorist qruplaşmalarda vuruşmaq və sair) üçün qaçırılırsa, 900 milyondan çox insan aclıq həddindədirsə və onların bir hissəsi müsəlman ölkələrindədirsə və dünyanın 100 ən varlı adamının illik gəlirləri bu problemi həll etməyə kifayətdirsə;

– Ermənistan tərəfindən Azərbaycanın 30 il işğal edilib düzəngaha çevirdiyi şəhərləri bütün dünya görürsə və buna baxmayaraq təzminat məsələləri qulaqardına vurulursa, paralel olaraq cəmi 8 aylıq və hələ bitməyən Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynaya edilən yardımlardan əlavə elə həmin bu dünya ölkələri tərəfindən Rusiyanın təzminat ödəməli olduğu məsələsi BMT-də gündəliyə salınırsa;

– Ermənistan Azərbaycanın 20 faizini işğal altında saxlayırsa və dünya susursa, lakin Azərbaycanın cəmi 100 il öncə bu gün məğlub olan Ermənistan tərəfindən işğal olunan dədə-baba torpaqlarına iddiasını ortaya qoyduğu bir zamanda özünü (hansı haqlasa) dəyərlər dayışıyıcısı hesab edən (Minks Qrupunun üzvü kimi 30 il sadəcə vaxt keçirən) Fransa buna qarşı qətnamə qəbul edirsə;

– Afrikada təkcə 20-ci əsrdə milyonlarla insanı açıq-aşkar şəkildə qətl edən, lakin Türkiyəni qondarma erməni soyqırımında ittiham edib qətnamə və qanunlar qəbul edən Fransa hələ də əxlaq, dəyərlər dərsi keçməyə çalışırsa;   

– qloballaşmanın ölkələr arasında bərabət inkişafa nail olmayıb əksinə ölkələr arasında iqtisadi inkişaf səviyyələrində uçurum yaratdığı ən müxtəlif səviyyələrdə etiraf olunursa;

– dünyanın 100 ən varlı insanının var-dövləti ən kasıb 4 milyard insanın var-dövlətinə bərabərdirsə;

– özünü müsəlman hesab edən dövlət məsciddə donuz saxlayıb hissləri, dəyərləri, dini, şəriəti təhqir edən bir dövləti özünə qardaş dövlət hesab edirsə;

– dünyadakı gəlirlərin 70 faizdən çoxu kapital, cəmi 30 faizə yaxını əmək nəticəsində (dəyər, istehsal, xidmət göstərilməsi nəticəsində) yaranırsa;

– indiyə kimi mövcud olan demək olar ki, bütün birliklərin (NATO, Avropa Birliyi və sair) tərkibində ciddi çatlar, fikir ayrılıqları mövcuddursa;

– nəhayət, yüzlərlə yuxarıda qeyd olunmayan digər ədalətsizliklər, ikili standartlar və səbəblər mövcuddursa,

Bu dünya üçün ən optimal və optimist yol dəyişməkdir. Əslində bizim üçün xaos kimi görünən mövcud vəziyyət bir neçə fraqmental istisnalar olmaqla idarəolunan vəziyyətdir. Hələlik maliyyə sektoru üzdə toxunulmaz görünsə də, burada da pərdəarxası hərəkətlilik pərdə önünə çıxmaqdadır.

Nəhayət, Avropa Mərkəzi Bankının sədri Kristina Laqard (Christine Lagarde) da son çıxışında dəyişikliklərin istiqamətinin mesajını verdi: “Qlobal dünyadan bir neçə iqtisadi-siyasi birliyin formalaşacağı dünyaya doğru gedirik”. İndi isə bu dünyanın maliyyə, iqtisadi, monetar siyasətləri necə olacaq əsas suallardan biridir. Məsələ hansı birliyin daha böyük, daha güclü olması da deyil. Məsələ, hər bir birliyin üzv ölkələrinin siyasi və iqtisadi (hələlik 2-ci planda olan iqtisadiyyat və iqtisadi məsələlər bir neçə ilə ən prioritet məsələyə çevriləcək) uyum, anlaşma və sinerji içində ola biləcəkləridir.